ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla telefonla danışıb. Telefon danışığı zamanı Netanyahu ölkəsinin mülki şəxslərə zərər vermək istəmədiyini bildirib.
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar ZifəroğluSputnik Azərbaycan-a deyir ki, İsrail-Fələstin münaqişəsi Yaxın Şərq tarixinin ən qədim və ağrılı münaqişəsidir: “Son baş verənlər bundan əvvəlkilərdən xeyli fərqlənir. Uzun zaman idi ki, tərəflər arasında bu miqyasda silahlı toqquşmalar baş vermirdi. Münaqişənin belə davam etməsi narahatlıq doğurur. Bu münaqişədən öz maraqları üçün istifadə etmək istəyən üçüncü tərəflər həmişə olub. Prosesin gedişindən görürük ki, həmin qüvvələr indi də var. Onlar münaqişə ətrafında manipulyasiyalar etməklə təsir qüvvələrini artırmaq istəyirlər. Ona görə də digər dövlətlərin bu prosesdən kənarda qalmasını deyə bilmərik. Amma mənim fikrimcə, münaqişə ilə bağlı proseslər bundan sonra səngiyəcək. Son açıqlamalar da göstərir ki, tərəflər münaqişənin idarə olunan səviyyədə qalmasında maraqlıdır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.