İQTİSADİYYAT

Azərbaycanda ÜDM azalıb

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,1 faiz artıb.
Sputnik

BAKI, 16 may — Sputnik. 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25078,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,1 faiz artıb.

ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.

Eləcə də oxuyun: 

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb

Ekspert Asiya İnkişaf Bankının Azərbaycanla bağlı proqnozlarını şərh edir

Professor süni intellektin gələcək ticari proseslərə təsir imkanlarını şərh edir