FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İsrail və Qəzza raket və aviazərbələrdən sonra - FOTOLAR

Sputnik

Münaqişənin pik həddə çatmasına səbəb mayın 10-da - Qüds Günü fələstinlilərlə israillilər arasında qarşıdurma oldu. Bu tarix 1967-ci ildə Altıgünlük müharibədən sonra İsrailin şəhərin şərq hissəsinə nəzarət etməsi şərəfinə keçirilir. Demək olar ki, iki gün ərzində lokal qarşıdurmalar əsl müharibəyə çevrildi.

Bazar ertəsindən bəri İsrail ərazisinə Qəzza zolağında 1600-dən çox raket buraxılıb. Raket zərbələri əsasən Tel-Əviv şəhərinə yönəldilib. İrail ordusu isə cavabında "Divar keşikçiləri" əməliyyatı keçirərək Qəzzada HƏMAS-la "İslami cihad" qruplaşmalarının 600-dək hərbi hədəfini məhv edib.

Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlədir.

Dünya ölkələrinin liderləri və beynəlxalq təşkilatlar münaqişə tərəflərini atəşkəsə dəvət ediblər, BMT Təhlükəsizlik Şurası isə Qüdsün şərqindəki vəziyyəti müzakirə etmək üçün təcili iclas çağırıb.

Eləcə də oxuyun: 

İsrail ordusu quruda əməliyyatlara başlayır

"Həmas"ın raketlərinin 300-ə qədəri Qəzzaya düşüb, beş minədək mülki şəxs həlak olub

Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb

İsrail Tel-Əvivdə bomba sığınacaqlarını açmağa məcbur oldu

Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO

 

1 / 12
Qəzzada dağılmış ev
2 / 12
Aşdod şəhərində dağıntılar
3 / 12
İsrailin cənubunda zədələnmiş bina
4 / 12
İsrail yanğınsöndürənləri iş başında
5 / 12
Qəzzada dağılmış bina
6 / 12
İsrailin Holon şəhərində
7 / 12
Fələstinli dağılmış evə baxır
8 / 12
Fələstinli yanğınsöndürənlər iş başında
9 / 12
Qəzzada vəziyyət
10 / 12
İsrailin Rişon-le-Sion şəhərində dağıntılar
11 / 12
Tel-Əviv şəhərində dağıntılar
12 / 12
Fələstinli yanğınsöndürənlər iş başında