RUSİYA

"Ermənistan minalanmış ərazilərin xəritəsi məsələsini həll etmək lazım olduğunu anlayır"

Rusiya XİN başçısı Sergey Lavrov: "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 may - Sputnik. "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S. Lavrov deyib.

Eləcə də oxuyun: 

Sergey Lavrov: Rusiyada Azərbaycan günləri keçiriləcək

Ceyhun Bayramov: Ermənistandakı revanşist çıxışları təhlükəli hesab edirik

Azərbaycan və Rusiya XİN arasında saziş imzalandı

Ceyhun Bayramov Kazandakı terror aktının qurbanları ilə bağlı Rusiyaya başsağlığı verib

Bayramovla Lavrov arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb