CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə yarım milyondan çox insanın COVID-ə immuniteti var

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1687567, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1005704 nəfərdir.
Sputnik

BAKI, 10 may - Sputnik. Azərbaycanda bu gün 170 nəfər koronavirusa qarşı peyvənd vurdurub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda koronavirusa yoluxma xeyli azaldı - RƏQƏMLƏR

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1687567, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1005704, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681863 nəfər təşkil edir.

Ölkədə koronavirus əleyhinə vaksinasiya bu il yanvarın 18-dən başlayıb. Vaksinasiyada əsasən Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksinindən istifadə olunur.

Eləcə də oxuyun: 

* Prezident açıqladı: COVID-19 peyvəndi vurduranlara pul veriləcək

* Təhsil nazirindən övladını məktəbə göndərmək istəməyən valideynlərə müraciət

* Azərbaycanda peyvənd edilən müəllimlərin sayı açıqlandı

* COVID-19-la mübarizə edən tibb işçilərinin narazılığına agentlikdən cavab

"Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür