Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO

Qüdsün şərqində, Əl-Əqsa məscidinin yanında İsrail polisi ilə fələstinlilər arasında qarşıdurmalar bir neçə gündür, davam edir.
Sputnik

BAKI, 10 may - Sputnik. Qüdsdə, Əl-Əqsa məscidinin yaxınlığında baş verən qarşıdurmada 278 fələstinli yaralanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Qırmızı Aypara cəmiyyəti yaralılardan 205-nin xəstəxanalara çatdırıldığını bildirib. 

​Qüdsün şərqində İsrail polisi ilə fələstinlilər arasında qarşıdurmalar bir neçə gündür, davam edir. 

Əl-Əqsa məscidinin direktoru Ömər-əl-Kəsvani İslam aləmindən kömək istəyib. Fələstin dövlət televiziyasının məlumatına görə, o: "İslam aləmini yəhudi köçkünlərlə İsrail polisinin hücumundan sonra Əl-Əqsa məscidinə kömək etməyə çağırırıq", - deyib.

Fələstinin Dini İşlər Nazirliyindən mətbuata bildirilib ki, İsrail polisi Əl-Əqsa məscidinin bütün açarlarını müsadirə edib.

​Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) - müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.

Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparılıb.

Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır.

Eləcə də oxuyun: 

* İsraildə dini mərasim zamanı izdiham, ölənlər və yaralılar var - FOTOLAR

* Ermənistanla bağlı İsrail rəhbərliyinə müraciət edilib

* Politoloq: “Azərbaycanın İsraildə səfirliyi açıla bilər