RUSİYA

Sergey Lavrov: "Donbasda müharibədən qaçmaq olar və lazımdır" - geniş müsahibə

Sergey Lavrov RİA Novosti agentliyinə verdiyi müsahibəsində RF üçün dost olmayan ölkələr siyahısına hansı dövlətlərin daxil ola biləcəyi, bu siyahının nə zaman hazır olacağı, Donbasda müharibənin olub-olmayacağı və s. barədə danışıb.
Sputnik

BAKI, 28 aprel — Sputnik. “Rossiya Seqodnya” BİA-nın rəhbəri Dmitri Kiselyovun aldığı müsahibədə xarici işlər naziri həmçinin Çexiya ilə münasibətlərdə yaranmış vəziyyəti şərh edib, bu vəziyyətdə Qərbin nə üçün özünü küçə xuliqanları kimi apardığını izah edib, koronavirusa qarşı Rusiya peyvəndinin yayılması mövzusunu və Rusiyanın Qərb ödəniş sistemlərindən və dollardan asılılıqdan imtina etməsi perspektivlərinə toxunub.

- Sergey Viktoroviç, dost olmayan ölkələrin siyahısı barədə. Hansı dövlətlərin dəqiq bu siyahıya daxil ediləcəyində əminlik varmı?

- Hazırda prezidentin tapşırığına əsasən hökumət bu işlə məşğuldur. Bu işdə həm biz, həm də müvafiq qurumlar iştirak edir. Lakin mən indi qabağa qaçmazdım: biz ayırd etmədən, Rusiya barəsində haradasa nəsə xoşagəlməz bir şey bildirmiş istənilən ölkəni bu siyahıya salmaq istəmirik. Biz, təbii ki, qərarlarımızı vəziyyətin dərin təhlili və həmin ölkə ilə başqa cür işləmək imkanlarının müəyyən olunması əsasında qəbul edəcəyik. Əgər biz görsək ki, başqa cür alınmır, o zaman bu siyahı, əlbəttə ki, mütəmadi olaraq genişlənəcək. Lakin bu siyahı “ölü kağız” olmayacaq və gələcəkdə həmin ölkələrlə münasibətlərimiz inkişaf etdikcə, ona yenidən baxılacaq.

Zelenski Putinlə bu ölkədə təkbətək görüşmək istəyir

- Bu siyahı ilə nə zaman tanış olmaq olacaq?

- Düşünürəm ki, tezliklə. Hökumətə konkret tapşırıqlar verilib, bizim bu işdə rəhbər tutduğumuz  meyarlar aydındır. Odur ki düşünürəm, çox gözləmək lazım olmayacaq.

- Bəs dost olmayan ölkələrə yerli işçi heyəti işə cəlb etmək qadağan olunacaqmı?

- İstənilən fiziki şəxsləri... Rusiyalı və əcnəbi olmasından asılı olmayaraq.

- Bu, dost olmayan ölkələrə münasibətdə yeganə tədbirdir, yoxsa hansısa başqa tədbirlər də görüləcək?

- Hazırkı mərhələdə, prezident Putinin imzaladığı fərmanın məqsədləri üçün, bu – məhz bu tədbirin məqsədidir.

- Sağ olun! Digər bir mövzu – Donbas. İlin əvvəlindən gərginlik artırdı. Baydenin Putinə telefon zəngindən sonra, deyəsən, bir qədər yumşalma var. Donbasda artıq yarım milyondan çox insanın Rusiya Federasiyası vətəndaşı pasportu var. Müharibə olacaqmı?

- Əgər bu bizdən və könüllü döyüşçülərdən asılıdırsa, biz onların prinsipial yanaşmasını belə başa düşürük ki, müharibədən qaçmaq olar və lazımdır. Yox, əgər Ukrayna tərəfinin, Zelenskinin mövqeyindən danışsaq, mən bir söz deyə bilmərəm, çünki zahirən belə görünür ki, onun üçün hakimiyyətdə qalmaq ən əsas məsələdir və bunun üçün istənilən şeyə, o cümlədən Donbasdakı könüllüləri terrorçu adlandırmaqda davam edən neonasist və ultraradikallara şərait yaratmağa hazırdır. Amma qoy bizim qərbdəki həmkarlarımız 2014-cü ilin fevralında baş verən hadisələrin gedişini oxusunlar. Bu rayonlardan heç biri Ukraynanın digər ərazisinə hücum etməyib.

Mən qərbdəki həmkarlarımızdan maraqlanmışam və mütəmadi olaraq bunu edirəm – nə üçün onlar öz KİV-lərini təmas xəttindən sol tərəfdə işləməyə stimullaşdırmırlar ki, orada nə qədər ziyan vurulduğunu, hansı obyektlərin ziyan çəkdiyini başa düşsünlər. Axı bizim uzun aylar ərzində tələblərimizdən sonra ATƏT nəhayət ki, sadəcə nə qədər insanın həlak olduğu və yaralandığı barədə məruzə deyil, könüllülərin və Kiyevin nəzarətində olan ərazidə nə qədər mülki obyektlərin və mülki insanların zərər çəkdiyini əks etdirən məruzə hazırladı.

Beləliklə, bu statistikadakı rəqəmlər düz beş dəfə Kiyevin mənafeyinə uyğun deyil və oradan aydın olur ki, əksər hallarda Kiyev mülki obyektlərə, könüllülər isə onlara atəş açılan nöqtələrə zərbə endirirlər. Biz elə o vaxtlardan yenə də bu cür məruzələrin mütəmadi xarakter almasına çalışırıq.

Xüsusi monitorinq komissiyasının, elə ATƏT-in də rəhbərliyi bu məsələdə nədənsə özlərini rahat hiss etmirlər və bu cür düzgün məlumatların dərc olunmasından qaçmağa çalışırlar. Son hadisələrə gəldikdə isə, sizin yadınızdadır, biz açıq şəkildə Rusiya Federasiyasının Cənub və Qərb hərbi dairələrinin təlimlərini keçirdiyimizi deyəndə, özü də gizlətmədən, öz ərazimizdə iki həftəlik tədbirləri keçirəndə, Rusiyanın Ukrayna sərhədinə qoşun toplaması barədə haray-həşir vardı.

Sergey Lavrov: bəzi amerikalı xadimlərin danışığında şizofreniya notları var

Terminologiyadakı fərqin özünə baxın: biz deyirik ki, Cənub və Qərb hərbi dairələrinin təlimlərini keçiririk, onlar isə deyirlər - Rusiya Ukrayna sərhədinə qoşun hissələrini yerləşdirir. Sonra isə, təlimlər başa çatdıqdan və biz bunu elan etdikdən sonra, oradan, Qərb tərəfdən kinayəli səslər gəlməyə başladı, bəs baxın, Rusiya geri çəkilməyə məcbur oldu. Bilirsinizmi, belə bir ifadə var - "wishful thinking", arzu etdiyini mövcud vəziyyət kimi qələmə vermək. Amma Ukraynadakı vəziyyətin nizama salınması məsələsi Putinlə Merkel, bu günlərdə Putinlə Makron arasında müzakirə olunub, Baydenlə bu günlərdə baş tutan danışıqda da bu məsələyə toxunulub. Zənnimcə, vəziyyət çox sadədir. Zelenski və onun komandasına havadarlıq edənlər onu qətiyyən Minsk razılıqlarını yerinə yetirməyə vadar etmək istəmirlər. Onlar zor tətbiq etməyin tamamilə perspektivsiz olduğunu anlayırlar. Onlar Donetsk və Luqanskdan gələn siqnalları, onların öz torpaqlarını, öz ocaqlarını, neonasistlərin diktə etdiyi qanunlarla yaşamaq istəməyən əhalisini müdafiə etməyə hazır olduqlarını bildiriblər. Və prezident Putin də çox dəqiq dedi ki, biz Donbasda yaşayanları, aşkar radikal neonasist rejimə müqavimət göstərənləri heç vaxt darda qoymayacağıq.

Prezident Zelenskinin özünün müxtəlif müsahibələrində rus dili, Ukraynadakı rus pravoslav kilsəsi ilə bağlı heç bir problemin olmaması ilə bağlı və onun prezident Putinlə bütün bunları müzakirə etməyə hazır olduğunu deməsinə gəldikdə isə... Bilirsinizmi, mən həmişə düşünürəm ki, yəqin ki, ağıllı adamın rus dilinin heç bir probleminin olmadığını demək, Ukrayna pravoslav kilsəsinin Ukraynada fəaliyyəti ilə bağlı heç bir çətinliyin olmadığını demək, yəqin ki, ayıbdır. Mən əminəm ki, o bütün bunları çox gözəl bilir. Ola bilər ki, ona ümumiyyətlə heç nə barədə məruzə etmirlər. Onda elə çıxır ki, o, hansısa qapalı dünyada yaşayır. Amma Qərb, əlbəttə ki, Zelenskiyə siqnallar göndərdi. Siz dediniz ki, ABŞ-ın hərbi yardımına ümid etmək mənasızdır. Bu, hamıya və həmişə məlum olub. Əgər kiminsə bu cür yardımla bağlı illüziyası var idisə, o zaman istənilən hökumətdə, Zelenskinin hökumətində də onların qara qəpik qədər qiyməti yoxdur.

Təəssüf ki, Qərb hələ də bizi hər vasitə ilə Minsk razılaşmalarının necəsə yumşaldılması, onların ardıcıllığının dəyişdirilməsinə inandırmağa çalışır. Zelenski deyir ki, xoşuna gəlmir. Deyir ki, ancaq əgər hər şey tam əksinə olarsa: əgər biz əvvəlcə bu ərazini tam nəzarətə götürsək, o cümlədən Rusiya ilə sərhədi də, sonra isə orada seçkilərlə və amnistiya ilə bağlı məsələlərə, ümumiyyətlə orada nələr olmalıdırsa, həmin ərazilərin xüsusi statusu ilə məsələlərə də baxarıq… Aydındır ki, əgər onlar bunu etsəydilər, onlara bunu etməyə kimsə imkan versəydi, o zaman qırğın olardı. Qərb isə Minsk razılaşmalarını yerinə yetirməyə məcbur etməyə qadir deyil və ya bunu etmək istəmir. Həmin razılaşmaların ardıcıllığı isə birmənalıdır və başqa cür izahatı da ola bilməz. Hər şey ilk addımdan son addıma qədər dəqiq yazılıb. 

Sərhədlərə nəzarət isə ən son addımdır. Nə zaman ki, bu ərazilərin xüsusi statusu Ukrayna Konstitusiyası ilə möhkəmləndiriləcək, həmin ərazilərdə azad seçkilər keçiriləcək və həmin seçkilər ATƏT və sair bu kimi təşkilatlar tərəfindən tanınacaq...

Və əlbəttə ki, tam amnistiya olacaq. Poroşenko vaxtında və indiki rejimin təsəvvür etdiyi kimi deyil, əsl amnistiya. Konkret olaraq – biz baxacağıq, kimsə hansısa xüsusi cinayətlər törətməyibsə, onlar fərdi qaydada əfv olunacaqlar. Bu növbəti təhrifdir. Minsk razılaşmaları hər iki tərəfdən döyüş əməliyyatlarında iştirak edənlərin heç bir aralıq ədalət mühakiməsi olmadan tam olaraq əfv olunmasını nəzərdə tutur və indi Qərb həmkarlarımız bu barədə danışmağa başlayırlar. Ona görə də, düşünürəm ki, indi əsas məsuliyyət Qərbin üzərinə düşür, çünki yalnız Qərb Zelenskini öz sələfinin imzaladıqlarını, onun özünün 2019-cu ilin dekabrında Parisdə Rusiya, Fransa prezidentləri və Almaniyanın kansleri ilə birlikdə Minsk razılaşmalarının alternativsizliyini qəbul edərək imzaladıqlarını yerinə yetirməyə vadar edə bilər. Həmin vaxt o, Donbasın xüsusi statusu məsələsini qanunvericiliyə və əsas qanuna daxil etmək öhdəliyini üzərinə götürüb.

- Çoxları üçün aydın deyil, nə üçün Rusiya Donbası tanımır, Abxaziya və Cənubi Osetiyanı isə tanıyır. Biz nə üçün bunu etmirik?

Sergey Lavrov ABŞ-ı "etibarsız tərəfdaş" adlandırdı

- Siz haqlısınız, yəni, yəqin ki, Abxaziya və Cənubi Osetiya ilə analogiya aparmaq olar. Bircə fərq var – Saakaşvili Sxinvala, sülhməramlıların, o cümlədən rusiyalı sülhməramlıların mövqelərinə müdaxilə edəndə, orada Minsk tədbirləri kompleksinə analoji razılaşmalar yox idi. Orada ortada Medvedev-Sarkozi sənədi vardı ki, o da sadəcə müzakirə olunmuşdu və bir sıra addımları nəzərdə tutmasına rəğmən, Gürcüstan tərəfindən imzalanmamışdı. Və Sarkozi də burada, Moskvada razılığa gəldikdən sonra Tbilisiyə uçdu ki, orada həmin sənədin Saakaşvili tərəfindən təsdiqinə nail olsun. Saakaşvili həmin sənədi imzaladı, lakin oradan həlledici məqamları çıxardı. Sarkozi bunu kompromis kimi qələmə verməyə çalışdı, lakin bu hamıya aydın idi. Həmin sənəd belə bir preambuladan başlayırdı – Rusiya Federasiyası və Fransa Respublikası Zaqafqaziyada vəziyyəti normallaşdırmağa çalışaraq Gürcüstana, Cənubi Osetiyaya və Abxaziyaya atəşi dayandırmağı təklif edirlər... Saakaşvili isə həmin başlığı pozdu və nəticədə birinci bənddə bu qaldı – atəşin dayandırılması və sair. O vaxtdan Qərb bizdən həmin razılaşmaları yerinə yetirməyi tələb edir. Mən bunu sadəcə misal gətirmək üçün dedim.

Donbasda vəziyyət isə başqa idi və Normand formatında Olland, Merkel, Poroşenko, Putinin iştirakı ilə 17 saat davam edən danışıqlar öz nəticəsini verdi və həmin razılaşmalar iki gün sonra BMT-də, onların yerinə yetirilməsinin vacibliyində heç bir şübhə saxlamayaraq təsdiq olundu. Ona görə də əslində həm mənəvi, həm də beynəlxalq hüquqi həqiqət bizim tərəfimizdədir. Və mən hesab edirəm ki, biz  Zelenskini və onun ağlına gələni edən komandasını qarmaqdan buraxa bilmərik. Elə Zelenskinin Minsk razılaşmalarının altını üstünə çevirməkdən yorularaq onların heç bir işə yaramadığını, lakin bu razılaşmaların Rusiyaya qarşı sanksiyalara zəmanət verdiyi üçün onlara lazım olduğunu deməsinə baxın. Biz Qərbdən bunu necə dəyərləndirdiyini soruşuruq. Onlar utanıb üzlərini çevirirlər, heç nə deyə bilmirlər. Lakin mən düşünürəm ki, beynəlxalq hüquqi sənədin üzərində bu qədər oyunbazlığın edilməsi ayıbdır, utancvericidir. Və Qərb, həmin sənədin həmmüəllifi olmasına, BMT-nin Təhlükəsizlik Şurasında onu dəstəkləməsinə rəğmən tam acizlik nümayiş etdirir.

- Zelenski Putinə zəng vura bilmir – o, sadəcə olaraq dəstəyi götürmür. Kuleba Sizə zəng vura bilmir. Bu nə anlama gəlir? Niyə belə olur?

- Bu yalnız o deməkdir ki, onlar bu istiqamətdəki fəaliyyətlərində Minsk razılaşmalarını dəyişdirmək və Rusiyanı münaqişə tərəfi kimi göstərmək istəyirlər. Ona görə ki, son vaxtlara qədər mənim həmkarım Dmitri Kuleba və prezident Zelenskidən gələn sorğular ancaq Donbasdakı vəziyyətin nizamlanması ilə bağlı olub. Biz isə buna cavab olaraq deyirik: “Dostlar, bunu bizimlə deyil, sizin Minsk razılaşmalarında razılıq verdiyiniz kimi, Donetsk və Luqanskla müzakirə etmək lazımdır”. Orada elə bu cür də yazılıb ki, nizamlanmanın həlledici mərhələləri Donetsk və Luqanskla məsləhətləşmə və razılaşma predmeti olmalıdır. Sonra da deyəndə ki, bizim təmas xəttində xoşagəlməz hal yaranır və biz nazir Lavrovla və ya prezident Putinlə müzakirə etmək istərdik – bu bizlik deyil. Prezident bu günlərdə Kremldə Lukaşenko ilə görüşdə də dəqiq dedi ki, əgər onlar bu barədə danışmaq istəyirlərsə, o zaman başqalarına müraciət etməlidirlər. Yox, əgər bizim həmkarlarımız, o cümlədən prezident Zelenski də, ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmək istəyirlərsə, buyursunlar, bu cür söhbətə biz həmişə hazırıq. 

- Digər bir mövzu - Çexiya. Bu ümumiyyətlə nə idi? Bunu necə başa düşmək olar?

- Mən bu barədə fikir yürüdə bilmərəm. Çünki onların nə istədiyini başa düşə bilmirəm, intellektual olaraq başa düşə bilmirəm. Buna, bilirsiniz, hansısa o qədər də yaxşı olmayan bir serial kimi tamaşa etmək olar – bu hadisədə də şizofrenik komponentlər olduqca çox idi. Prezident Zeman deyəndə ki, aydınlaşdırmaq lazımdır, o, bunun hansısa xarici dövlətlər tərəfindən təxribat olduğu ehtimalını inkar etmir. Lakin o təklif edir ki, Çexiya rəhərliyinin, o cümlədən hazırkı baş nazir Babişin də 2014-cü ildə səsləndirdiyi, anbarın sahiblərinin səhlənkar davranışı versiyasını da nəzərə almağı təklif edir. Və prezident Zeman həmin versiyanı sadəcə nəzərə almağı təklif edib, o versiyanı ki, bütün bu yeddi il ərzində heç kim inkar etməyib. Onu indi Vətənə xayanətdə ittiham edirlər. Parlament sədri isə deyib ki, guya prezident Zeman bütün versiyaları öyrəməyin vacib olduğunu deyərkən dövlət sirrini açıb. Məgər bu şizofreniya deyil? Məncə, tamamilə, tər-təmiz şizofreniyadır. 

Həm də həmin anbarda nələrin olmasını da ayınlaşdırmaq lazımdır. Almaniya KİV-ləri yazırdılar ki, orada piyadalar əleyhinə, Çexiya və Bolqarıstanın da imzaladığı konvensiya ilə qadağan olunmuş minalar olub. Orada həddən artıq çox suallar var.

- O zaman, bəlkə, çexlər özlərindən başlasalar, daha yaxşı olar? 

Rusiya XİN: "Çexiyanın hərəkətlərinin arxasında ABŞ-ın dayandığına şübhə yoxdur"

- Yəqin ki... Ya da ki, Ukraynadan nümunə götürmək olar, harada ki silahların və sursatın böyük bir hissəsi ölkənin silahlı qüvvələrinin deyil, könüllü batalyonlarının nəzarətindədir. Bilirsiniz, bu artıq belə bir tendensiyadır - əgər istəyirsinizsə, hətta dövlətin güc tətbiq edilməsinə olan inhisarçılığını qoruyub-saxlamaq qabiliyyətində olmamasıdır.

- Amma Ukrayna bir ölkədir, Çexiya isə yenə də Avropa İttifaqıdır axı. Çexiya Ukraynadan fərqli olaraq fərqli beynəlxalq öhdəliklərlə bağlıdır və özünü tamamilə başqa cür təqdim edir. 

- Amma ilk növbədə öhdəliklər, haqqında danışılan konvensiyalardan əlavə, Silah ticarəti müqaviləsi də adlandırılan Ottava konvensiyası da var. Bütün bu dövlətlər həmin müqavilənin üzvləridir, onların hələ Avropa İttifaqı daxilində də öz normaları var. Həmin normalar kifayət qədər sərtdir və hansısa fəaliyyətlərdə iştirakı, silah satılmasında, münaqişə regionlarına kontingentlərin göndərilməsini nəinki dəstəkləmir, hətta qadağan edir.

Rusiya ilə Avropanın münasibətlərinə gəldikdə isə, düşünürəm ki, burada, əvvəllər də olduğu kimi, aktiv pozucu rolu ingilislər oynayırlar. Onlar Aİ-dən çıxıblar, lakin bax bu istiqamətdə onların aktivliyi azalmır. Əksinə, onlar Aİ ölkələrinin Moskvaya münasibətdə hansı mövqe tutacaqlarına maksimum təsir etməyə çalışırlar. Burada qəribə heç nə yoxdur.

Bir müddət əvvəl bizim Cənub və Qərbdə keçirdiyimiz təlimlərlə bağlı Almaniyanın müdafiə naziri bizdən orada nə ilə məşğul olmağımızla bağlı şəffaflıq, heç nə gizlətməməyimizi tələb edirdi. Birincisi, biz heç nə gizlətmirdik, təlimlərin olacağını elan etmişdik. Navalnının guya zəhərlənməsinin müəyyən olunduğu klinikanın tabe olduğu Bundesver özü isə deyəsən, nə isə gizlədir. Çünki bizə analizlərin cavablarını və tədqiq edilmiş bioloji materialların nümunələrini verməkdən imtina ediblər.

Böyük Britaniyaya qayıdaq. Bəli, biz onların necə antirusiya xəttini davam etdiklərini görürük. Bu yaxınlarda onların xarici kəşfiyyat idarəsinin - Mi-6-nın rəhbəri deyib ki, Rusiya – sönməkdə olan bir dövlətdir, onu diqqətdə saxlamaq lazımdır, çünki bu cür vəziyyətdə o hansısa kəskin hərəkətlər edə bilər. Bu, daxildən gələn bir təkəbbür və onların hələ də dünyanı idarə etdiyinə daxili inamıdır.

Amma bilirsiniz, onlar bizə siqnallar göndərirlər, hansısa əlaqələr qurmağı təklif edirlər. Yəni onlar özləri bizimlə ünsiyyətdən çəkinmirlər, başqalarını isə çəkindirməyə çalışırlar. Yenə də, yəqin ki, bu da bu cür əlaqələrdə də inhisarçı olmaq, onların başqalarından yüksəkdə olmasını sübut etmək cəhdidir.

- Əgər dövlətlərin yox olmasından söhbət gedirsə, Böyük Britaniya buna parlaq nümunədir. Ancaq Çexiyaya qayıtmalı olsaq, orada ölkə daxilində baş verənlərə münasibət baxımından əməlli-başlı ziddiyət var, ümumi fikir yoxdur, heç nə sübuta yetirilməyib. Diplomatlar ölkədən göndərildilər və nəticə artıq ortadadır.

- Tamamilə haqlısınız. Yeri gəlmişkən, diplomatları heç də onların söylədikləri səbəbdən göndərməyiblər. Özü də çexlər bu məsələ ilə bağlı bir gündə iki fərqli fikir söylədilər. Ona görə də belə təəssürat yarandı ki, onlar bu fikirləri dolaşdırıblar. Və indi də səylə həmin dolaşıqlıqdan uzaqlaşmağa çalışırlar.

Ümid edirəm ki, hər bir halda, çex həmkarlarımız özlərinə gəlib törətdikləri işin nəticəsinə nəzər salacaqlar. Əgər sağlam düşüncə qalib gəlsə, biz tədricən də olsa, diplomatik nümayəndəliklərin normal fəaliyyəti üçün şəraiti bərpa etməyə hazırıq. Biz bunun öhdəsindən gələrik, çünki bundan sonra necə işləyəcəyimizi bilirik, heç kimin qabağından qaçmaq, yaltaqlanmaq fikrimiz yoxdur...

- “Bundan sonra necə işləyəcəyimizi bilirik” deyəndə nəyi nəzərdə tutursunuz?

- Çexiyada işləməyi…

- Məhz Çexiyada?

- Elə başqa ölkələrdə də. İndi bizə qarşı bu cür hədəfli hücumlar davam edir axı. Baltikyanı ölkələr, Polşa, bir tərəfdən də Rumıniya. Düzü, mən rumınları eşidəndə çox təəccübləndim ki,  bu, Avropa İttifaqının mövqeyi ilə heç bir şəkildə bağlı deyil. Bax bu bizik, rumınlar, bax bu adamı evinə göndərmək istəyirik. Amma niyə? Bunu demədilər…

- Ancaq maraqlıdır ki, almanlar Çex psixozunu dəstəkləmədilər.

- Mən Almaniyanın xarici işlər naziri Hayko Maasın bəyanatını oxudum. Məncə, bu məsuliyyətli siyasətçi bəyanatıdır. Halbuki Almaniya XİN-i heç də həmişə belə uzaqgörən mövqe nümayiş etdirmir. Onların əsassız şəkildə ədalətsizliyi dəstəkləyən bəyanatları çox olub. Məsələn, Ukraynada "Həyat naminə" müxalifət platformasına, Medvedçuk və onun  tərəfdaşlarına qarşı sanksiyalar tətbiq olunanda Almaniyanın Xarici İşlər Nazirliyi bunu dəstəkləyərək bildirdi ki, hər şey ATƏT-in prinsiplərinə tam uyğundur. Absurddur!

Ancaq Hayko Maasın bu günlərdə söylədikləri, məncə, məsuliyyətli siyasi bəyanatdır. Fikir ayrılıqlarını düzəltməyə, hamarlamağa çalışmır, ancaq əgər bir yerdə yaşayırıqsa, hər bir halda dialoq aparmağın, ümumi razılığa gəlməyin vacibliyini vurğulayır.

- Sergey Viktoroviç, bu yaxınlarda Çində olarkən bildirdiniz ki, SWIFT ödəniş sisteminə alternativ tapmaq lazımdır və Rusiya buna hazırlaşır. Bəs konkret tarix söyləmək mümkündürmü? Hazırlıqlar hansı mərhələdədir? Bu alternativ nədən ibarət ola bilər?

"Moskvanı cəzalandırmaq": Rusiya SWIFT sistemindən çıxarılsa, nə olacaq?

- Bu barədə çoxları danışıb, indi də danışırlar. Və son illər Rusiyanın qanuni maraqlarını tapdamaq üçün yer axtaran Qərblə əlaqəli olan hər kəs Rusiya Federasiyasının SWIFT ödəmə sistemindən kənarlaşdırılması imkanlarını yada salmağa başlayıb. Bu vəziyyətdə məsuliyyətli siyasətçilər necə sığorta olunmağın yolları haqqında düşünməlidirlər. Özü də Rusiyaya qarşı bu cür açıqlamalar verilən vaxt ABŞ beynəlxalq valyuta sistemində dolların rolundan getdikcə daha çox sui-istifadə etməyə başladı, xoşuna gəlməyən ölkələrin rəqabət imkanlarını məhdudlaşdırmaq üçün onların dollar hesablaşmalarındakı asılılıqlarından yararlandı. Həm Çinə, həm də başqa ölkələrə münasibətdə bu tətbiq olundu. Və indi Çin, Rusiya, Türkiyə, eləcə də bir sıra başqa ölkələr özlərinin dollardan asılılığını azlatmağa çalışırlar. Bunu da ya alternativ valyutaya keçməklə, ya da ən yaxşısı, hesablaşmaları milli valyita ilə aparmaqla edirlər. 

Əlbəttə ki, hər bir halda, qəzəbli başlar Rusiyanı SWIFT-dən ayırmaq qərarına gəlsə, bu işə məsul maliyyə qurumları iqtisadiyyatımıza, maliyyə sistemimizə dəyəcək zərərin qarşısını almağın yollarını düşünəcəklər. 

Biz çoxdan milli ödəniş kartı sisteminə sahibik. Bu sistem çərçivəsində "Mir" kartları mövcuddur. “Mir” kartları Çin və Yaponiyada oxşar kartlar istehsal edən şirkətlərlə birlikdə  inkişaf etdirilir. Yeri gəlmişkən, beynəlxalq səviyyədə ödəniş kartı olan “Maestro” kartları ilə əlaqəmiz var.

Konkret SWIFT-ə gəlincə, ölkəmizdə Mərkəzi Bank bir müddət əvvəl kifayət qədər geniş istifadə olunan  maliyyə mesajlarının ötürülməsi üçün sistem tətbiq etdi və hazırda onu uğurla inkişaf etdirir. Düşünürəm ki, heç kimdən asılı olmamağımız üçün bu sistem hərtərəfli dəstəklənməlidir.

- Sergey Viktoroviç, ən son məlumata görə, amerikalılar Braziliyaya Rusiyanın “Sputnik V” peyvəndindən imtina etməsi üçün təzyiq göstərdiklərini təsdiqləyiblər. Braziliyada koronavirusla bağlı vəziyyət çox acınacaqlı olsa da, bu ölkə peyvənddən imtina etmək məcburiyyətindədir. Bunu necə qiymətləndirmək olar?

- Bu məni təəccübləndirmir. Amerikalılar bu hərəkətlərinə görə xəcalət çəkmirlər. Heç bunu gizlətmirlər də. Hələ əvvəlki administrasiyanın vaxtında Mayk Pompeo Afrika səfəri zamanı bir mətbuat konfransında ictimaiyyətin gözü qarşısında öz həmkarlarını Rusiya və Çinlə əməkdaşlıq və ticarət etməməyə çağırdı. Çünki Rusiya və Çin öz mənafelərini güdməklə məşğuldur. Biz amerikalılar isə istisnasız olaraq Afrika xalqlarının mənafeyini düşündüyümüz üçün sizinlə ticarət edirik.

İndi Barziliyada bununla bağlı etiraz hərəkatı başlayıb. Və əgər amerikalılar bunu açıq-aşkar etiraf edirlərsə, deməli, hələ də öz məntiqlərinə sadiqdirlər: bizə hər şey olar. Və artıq bunu ictimaiyyətin qarşısında diktə etməkdən çəkinmirlər. Yadınızdadırsa, bu yaxınlarda prezident Makron da belə bir cümlə işlətmişdi: indi Rusiya və Çinin peyvənddən təbliğat silahı kimi istifadə etdikləri yeni müharibə gedir.

Türkiyə ilə Rusiya yeni saziş bağlayacaq: "Ramazan ayı ərzində..."

Amma artıq bütün bunlar arxa plana keçir. Almaniyada Kansler Merkel də daxil olmaqla bildirirlər ki, Rusiya vaksinindən istifadə etmək olar. Biz heç kimi məcbur etmirik. Məncə, həyat özü hər şeyi yerbəyer edəcək. Yadınızdadır, mərhum Vısotski necə deyirdi? “Mən həmişə insanların yaxşı cəhətlərini görməyə çalışıram, pis tərəflərini onsuz da özləri göstərəcəklər”.

- Sonuncu sual. Bir il bundan əvvəl pandemiyanın qızğın vaxtında bizim agentliyə müsahibənizdə demişdiniz ki, idman etmək üçün darıxmısınız. İdmana qayıda bildiniz?

- Bəli, qayıtdım. Həmin vaxt fasilə bir neçə həftə çəkdi. Əvvəl hamı gizləndi, ancaq sonradan ehtiyat tədbirləri görməyin mümkün olduğunu başa düşdükcə normal vərdişlərimizə qayıtdıq. Hər bazar günü.

- Oynayırsınız?

- Bəli.

-Müsahibəyə görə çox sağ olun, Sergey Viktoroviç.

- Yenə gəlin.