Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Moskvanı cəzalandırmaq": Rusiya SWIFT sistemindən çıxarılsa, nə olacaq?

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
SWIFT beynəlxalq banklararası informasiya və ödəniş sisteminə dünyanın 200-ə qədər ölkəsindən 11 minə qədər təşkilat qoşulub.

BAKI, 13 aprel – Sputnik, Natalya Dembinskaya. Artıq təkcə ABŞ deyil, Avropa ölkələri də Rusiyanı SWIFT – qlobal banklararası rabitə sistemindən çıxarmaqla təhdid edirlər. Bu dəfə əlaqələndirilmiş sərt tədbirlər görmək çağırışı Avropa parlamentində səsləndirilib. Bəs bunun hansı nəticələri ola bilər və Rusiyanın maliyyə sistemi hadisələrin bu cür gedişinə hazırdırmı? Bu barədə RİA Novosti-nin materialında.

Yenə də köhnə söhbət

SWIFT beynəlxalq banklararası informasiya və ödəniş sisteminə dünyanın 200-ə qədər ölkəsindən 11 minə qədər təşkilat qoşulub. Rusiya SWIFT-in ən iri istismarçılarının ilk üçlüyündədir və onun sistemdən çıxarılması təhdidləri 2014-cü ildən davam edir. Səbəblər isə fərqlidir – Krım, Donbas, Skripalların işi, bloger Aleksey Navalnı ilə bağlı vəziyyət. Co Bayden də ABŞ prezidenti kürsüsünə oturar-oturmaz Rusiyanı sistemdən çıxarmaqla təhdid edib.

Ötən ilin dekabr ayında "Reuters" Baydenin yaxın ətrafına istinadən Aİ dövlət müəssisələrinə haker hücumunda Moskvanın əlinin olması ehtimalı ilə əlaqədar olaraq onu "cəzalandırmaq" niyyəti barədə xəbər verib. Bu isə "Rusiyanı ciddi iqtisadi, maliyyə və texnoloji itkilərə" uğratmalıdır. Vaşinqtondakı strateji və beynəlxalq tədqiqatlar mərkəzinin kiber-təhlükəsizlik sahəsində eksperti Ceyms Endrü Lyuis hesab edir ki, cəza tədbirlərindən biri Rusiyanın SWIFT sistemindən çıxarılması ola bilər.

Aprel ayında Ukraynanın şərqində vəziyyət kəskinləşib. Bu da daha bir bəhanədir. Avropada da bu fikri dəstəkləyiblər. Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veberin dediyinə görə, Moskva "təhlükəli təxribatlar kursunu davam etdirir".

Onun qənaətinə görə, Ukrayna sərhədi yaxınlığında "hərbi birləşmələrini gücləndirməklə" Moskva Qərbin səbrini sınağa çəkir. Odur ki ABŞ və Aİ buna əlaqələndirilmiş cavab verməlidirlər. Parlament təmsilçisi qeyd edib ki, vəziyyət gərginləşdikcə "müəyyən doza ilə tətbiq edilən sanksiyalar özünü doğrultmur". "Real təsirli variant" ola biləcək tədbirlər qismində Veber "oliqarxların hesablarının iri miqyaslı dondurulmasını" və SWIFT sistemindən çıxarılmanı təklif edib.

Problemlər olacaq

Bir tərəfdən Rusiyanın hələ 2014-cü ildə işə salınmış öz maliyyə xəbərlərinin ötürülməsi sistemi (MXÖS) var. Həmin sistemə Rusiyanın bütün bankları, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrindən 10-a qədər xarici bank da qoşulub. SWIFT-dən çıxarıldıqdan sonra banklar Rusiya analoquna qoşulacaq. Lakin beynəlxalq hesablaşmalar üçün MXÖS hələ ki, SWIFT-i tam olaraq əvəz etməyə qadir deyil. Odur ki zərbə ciddi olacaq.

Ekspertlər hesab edirlər ki, Rusiyanın dollar və avro ilə həyata keçirilən ixrac və idxal əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə böyükdür. Bir çox məhsul qrupları üzrə həmin hesablaşma sisteminin alternativini tapmaq mümkün deyil.

Hər şeyin həlli var

Amma istənilən halda fəlakət baş verməyəcək.

"Öz-özlüyündə Rusiya banklarının SWIFT sistemindən uzaqlaşdırılması sadəcə olaraq kontragentlər arasında maliyyə tranzaksiyalarının bahalaşması və ləngiməsi demək olacaq. Aydındır ki, ənənəvi halqalar qırılır və onların bərpası üçün bir qədər vaxt lazım olacaq. Amma iki, yaxud üç həftə ərzində bunu etmək mümkündür", - deyə QBF investisiya şirkətinin aparıcı analitiki Oleq Boqdanov bildirib.

Ekspertin fikrincə, Rusiya rezidentlərinin dollar vəsaitləri dondurularsa, bu zaman bazarda haray-həşir başlaya bilər. Hər şey sakitləşənə qədər bir-iki rüb keçə bilər, lakin nəticədə maliyyə əlaqələri onsuz da bərpa olunacaq.

Valyuta məzənnələrinin kəskin dəyişməsi qaçılmazdır. Amma kiçik bir dövr ərzində turbulentlikdən sonra rublun məzənnəsi də normaya qayıdacaq.

Özlərinə baha başa gələr

Amma yenə də, Rusiyanın SWIFT-dən çıxarılması barədə təhdidlərin o biri üzü göstərir ki, məsələ təhdidlərdən o tərəfə getməyəcək. Birincisi, SWIFT – Rusiya banklarından pul qazanan özəl bir şirkətdir. Həm də bu sistemdən təkcə beynəlxalq tranzaksiyalar üçün deyil, daxili banklararası əməliyyatlar üçün də istifadə olunur. SWIFT-in kimisə sistemdən çıxarması üçün elə SWIFT-in özünə qarşı Aİ-nin qərarı və ya ABŞ-ın sanksiyası vacibdir. Lakin bu zaman Rusiyanın ticarət tərəfdaşları – Avropa və ABŞ biznes dairələri də öz işlərini görə bilməyəcəklər.

"Belə bir hal yaranarsa, Rusiya şirkətləri üçün fors-major hesab oluna bilər və buna görə də şirkətlər və dövlət öz öhdəlikləri üzrə ödənişdən boyun qaçıra bilərlər. Ölkənin xarici borcu 450 milyard dollara qədərdir. Müvafiq olaraq, kreditorlar maliyyə problemləri ilə qarşılaşacaqlar. Bundan əlavə, əsas ticarət tərəfdaşları ilə əməliyyatlar çətinləşəcək. Onların isə ən irisi Avropa İttifaqıdır. Avropa Parlamentində dilə gətirilən çağırışlar isə bazar populizmindən başqa bir şey deyil", - deyə "Otkrıtiye Broker" şirkətinin brokeri Andrey Koçetkov bildirib.

ABŞ-ın öz vəziyyəti də yaxşı olmayacaq. Birincisi, ABŞ-ın SWIFT-ə təsiri ancaq hipotetikdir. Belə ki, şirkətin mənzil-qərargahı Belçikada yerləşir. İkincisi, Rusiya özü buna ABŞ bankları və siyasətçilərinə qarşı sərt sanksiyalarla cavab verə bilər.

Xəbər lenti
0