Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov: bəzi amerikalı xadimlərin danışığında şizofreniya notları var

© Photo : Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Prezident Putin müraciətində bu barədə dəqiq deyib və qeyd edib ki, biz, əgər bu bizim maraqlarımıza cavab verirsə, ən geniş miqyaslı razılaşmalara hazırıq.

BAKI, 27 aprel — Sputnik. Son vaxtlar Rusiya və ABŞ arasında münasibətlər aşkar böhran içindədir: Amerikanın sanksiyaları bir-birini əvəz edir, diplomatları geri göndərirlər, Rusiya cavab tədbirləri görməyə məcburdur, Vaşinqtondan isə yenidən Moskvanı "cəzalandırmağa" söz verirlər.

Xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibə verib. "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovun aldığı müsahibədə nazir Rusiya tərəfinin vəziyyətdən çıxış yolunu nədə gördüyündən və amerikalı siyasətçilərin buna hazır olub-olmamasından danışıb. O həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyytinin nəyə görə hətta "souq müharibə" dövründən də pis olduğunu, ABŞ-ın "qırmızı xətləri" keçəcəyi təqdirdə Rusiyanın buna reaksiyasının necə olacağını izah edib, nə üçün "televizorla soyuducu arasında seçim etməyin" niyə mümkün olmadığına dair fikirlərini bölüşüb.

- Amerika ilə münasibətlər sadəcə olaraq yaramaz vəziyyətdədir. Bu qədər pis münasibətlərdə olduğumuz şəxsən mənim yadıma gəlmir. Hətta "soyuq müharibədə" olduğundan da pisdir. Səfirlər öz ölkələrində oturublar. Bəs sonra nə olacaq? Hadisələr necə inkişaf edəcək?

- Əgər bu yalnız bizdən asılı olsaydı, biz yəqin ki, normal münasibətlərə qayıdardıq və ilk addım kimi, düşünürəm ki, aşkar, çətin olmayan addım kimi Rusiya diplomatlarının ABŞ-da işinin məhdudlaşdırılmasına cavab olaraq ABŞ diplomatlarının Rusiyada işinin məhdudlaşdırılması üçün gördüyümüz tədbirləri ləğv edərdik.

Biz Bayden administrasiyası and içəndən və səlahiyyətlərinin icrasına başlayan kimi bunu onlara təklif etmişik. Mən bu barədə Blinkenə xatırlatmışam. İsrar etmədən. Sadəcə olaraq dedim ki, biz normal işləyə bilməyimiz üçün aşkar adım Barak Obamanın başladıqlarının ləğvi ola bilərdi.

O, prezident kürsüsündən getməmişdən iki həftə əvvəl, qapını çırparaq, hirsini tökərək Rusiyaya əmlakını həbs etdirdi, bütün Vyana konvensiyalarını pozaraq rusiyalı diplomatları qovmuşdu.

Bundan sonra zəncirvari reaksiya baş verdi. Biz is, yeri gəlmişkən, uzun müddət dözdük – biz 2017-ci ilə qədər gözlədik və ancaq bundan sonra reaksiya verdik. Çünki Tramp administrasiyası Ağ evi tərk edən Obama alministrasiyasının gethagetdə yol verdiyi artıq hərəkətlərinə reaksiya verməməyi xahiş edirdi. Lakin Tramp administrasiyası da vəziyyəti normal axara qaytara bilmədi, ona görə də biz mümkün qədər adekvat cavab verməyə məcbur olduq. Lakin amerikalılar bununla sakitləşmədilər.

Biz görürük ki, Baydenin administrasiyası da həmin əyri xətt üzrə aşağı sürüşməkdə davam edir. Halbuki, inauqurasiyadan az sonra Putinlə Bayden arasında baş tutan söhbətdə, mənim dövlət katibi Blinkenlə söhbətimdə bizim amerikalı həmsöhbətlər Rusiya ilə münasibətləri ciddi nəzərdən keçirdiklərini və bu söhbətin nəticəsində çox şeylərin aydın olacağına ümidvar olduqlarını bildirirdilər.

Lakin bu söhbətin nəticəsi yeni sanksiyalar oldu. Biz də həmin sanksiyalara sadəcə adekvat cavab verməyə deyil, dəfələrlə xəbərdar etdiyimiz kimi, assimmetrik hərəkət etməyə məcbur olduq. Bu, o cümlədən ABŞ-ın Rusiyadakı diplomatik missiyalarında işləyən diplomtlar və digər əməkdaşların sayının bizim ABŞ-da işləyən diplomatlarımızın sayından çox olması ilə əlaqədar disparitetə də aiddir. Biz bu barədə artıq danışmışıq, odur ki, məsələnin dərinliyinə varmayacağam.

Amma bizim münasibətlərimizə strateji baxışdan danışırıqsa, o zaman mən çox ümid edirəm ki, Vaçinqtonda da, bizdə olduğu kimi dünyada strateji sabitliyə görə məsuliyyət daşıdıqlarını dərk edirlər. Bu təkcə RF və ABŞ-in problemləri deyil, təkcə bizim vətəndaşlarımızın həyatını, onların əlaqələrini, ünsiyyətiini, biznesin və humanitar layihələrin yürüdülməsini xeyli çətinləşdirən problemlər deyil, bu həmçinin sözün ən geniş mənasında beynəlxalq təhlükəsizliyi ciddi risk altında qoyan problemlərdir.

Ona görə də, Co Baydenin ABC telekanalına verdiyi məlum müsahibəsində səslənən artıq sözlərə reaksiyamızı bilirsiniz. Prezident Putinin ABŞ prezidentinin görüş keçirilməsi təklifinə necə reaksiya verdiyini bilirsiniz – biz bunu müsbət qarşıladıq. Biz bu təşəbbüsün bütün aspektlərini anlamaq istəyirik və elə hazırda onun öyrənilməsi ilə məşğuluq. Bir daha deyim ki, ABŞ prezidenti Federal məclisə müraciətində dediyi kimi, sizorenlik mövqeyindən çıxış etməyi dayandırsalar, əgər onlar birqütblü dünyanı bərpa etmək, hamının Qərbin maraqlarına tabe olacağı və bütün Qərb düşərgəsinin digər ölkələri öz bayrağı altına çəkərək Çin və Rusiya Federasiyasına qarşı toplamaq üçün hansısa konstruksiya qurmaq cəhdlərinin perspektivsizliyini anlasalar, əgər ABŞ nəhayət ki BMT-nin Nizamnaməsində suverenliyə, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və dövlətlərin suveren bərabərliyi prinsiplərinin boş yerə yazılmadığını başa düşsə - nizamnamədən irəli gələn öhdəlikləri yerinə yetirsələr və istənilən digər bir ölkə ilə olduğu kimi – bizimlə də qarşılıqlı hörmət, əvəl-axır tapılmalı olan maraqların balansı əsasında dialoq aparsa...

Əks halda bizdə heç nə alınmayacaq. Prezident müraciətində bu barədə dəqiq deyib və qeyd edib ki, biz, əgər bu bizim maraqlarımıza cavab verirsə, ən geniş miqyaslı razılaşmalara hazırıq. Və əlbəttə ki, özünüz də eşitdiyiniz kimi, bizim özümüzün müəyyən etdiyimiz "qırmızı xətləri" keçmək cəhdlərinə sərt reaksiya verəcəyik.

- Onların bunu dərk edəcəyini, süzeren mövqeyindən əl çəkəcəyini gözləmək nə dərəcədə realdır? Axı, ümid yaxşı şeydir, reallıq isə tamamilə başqadır?

- Mən buna ümid etdiyimi ifadə etmədim. Mən hansı şərtlər daxilində danışmağa hazır olacağımızı dedim.

- Əgər belə olmasa, o zaman?

- Əgər elə olmasa – bu onların seçimidir. O demək olacaq ki, ya, sizin dediyiniz kimi, "soyuq müharibə" şəraitində, ya da ondan da pis şəraitdə yaşayacağıq. Mən hesab edirəm ki, "soyuq müharibə" dövründə, əlbətə, çox ciddi gərginlik vardı, dəfələrlə riskli vəziyyətlər, böhranlı vəziyyətlər yaranmışdı. Lakin qarşılıqlı hörmət var idi, hansı ki indi defisit təçkil edir. Və hətta Vaçinqtonda bəzi xadimlərin danışıqlarında şizofreniya notları sızmaqdadır. Bir qədər əvvəl Ağ Evin rəsmi nümayəndəsi Rusiyaya qarşı sanksiyalar davam etdiriləcəyini, sanksiyaların Vaşinqtonun ümid etdiyi nəticə verdiyini və sanksiyaları məqsədinin ABŞ-la Rusiya münasibətlərində gərginliyin azaldılması olduğunu dilə gətirib. Mən bunu hətta şərh də edə bilmərəm. Ümidvaram ki, bu cür bəyanatların Ağ Evdə bu cür siyasəti yürüdənlərə şərəf gətirmədiyini hamı başa düşür.

- Mən dəfələrlə diplomatların pis işlədiyi, münasibətləri qura bilmədiyi, bizim tərslik etdiyimiz, mövqeyimizin qətiyyən çevik olmadığı, elastik olmadığı və buna görə də münasibətlərin pis olduğu barədə fikirlər eşitmişəm.

- Bəli, mən də bu cür dəyərləndirmələri oxuyuram. Yaxşı ki, bizdə söz azadlığı var və bu azadlıq bir çox Qərb ölkələrində, o cümlədən ABŞ-da olduğundan daha çox müdafiə olunub. Mən həmçinin müxalif internet-resursları, qəzetləri də oxuyuram və hesab edirəm ki, yəqin ki, bu insanların öz fikirlərini ifadə etmək, əgər biz Qərblə mübahisə etməsəydik, bizdə indi parmezan və bir çox həqiqətən çatışmayan şeylərin ola biləcəyini demək hüququ var. Onlar Qərbdən hansısa səbəbdən ərzağın alınmasını dayandırdıqda, həm də bunun cavab tədbiri olduğunu izah etmədən – sadəcə olaraq ərzağın alınmasını dayandırdığımızı, idxalın əvəzləndirilməsi ilə məşğul olduğumuzu və nəticədə ərzağın bahalaşdığını da deyə bilərlər.

Bilirsinizmi, bu çox dar və birtərəfli yanaşmadır, yalnız rahatlıq mövqeyindən çıxış edərək televizor və soyuducu arasında seçim etməkdir. Bu, onların danışdığı dildir. Əgər onlar ABŞ dəyərlərini qəbul etməyin bu qədər prinsipial olduğunu hesab edirlərsə, mən, səhv etmirəmsə, görkəmli BŞ prezidenti Con Kennedinin sözlərini xatırlatmaq istəyirəm: "Sənin ölkənin sənin üçün nə edə biləcəyini düşünmə. Sənin özünün ölkən üçün nə edə biləcəyini düşün". Bu, yalnız şəxsi firavanlığın, şəxsi əhvalın həlledici rol oynadığı hazırkı liberal baxışlardan radikal fərləənən bir yanaşmadır. Bu cür fəlsəfi yanaşmaları yeridənlər, zənnimcə, nəinki bizim genetik kodumuzu anlamır, onlar onu hər vasitə ilə məhv etməyə çalışırlar. Ona görə ki, bizim bütün minillik tariximiz boyu edilənlərdə milli qürur hissimiz yaxşı yaşamaq, tox yaşamaq, uşaqlarının, dostlarının, qohumlarının rifahından əmin olmaqdan heç də az rol oynamayıb. Əgər kimsə, bu dəyərlərin onun üçün, indiki vəziyyətdə həmin xanım üçün heç bir əhəmiyyət kəsb etmədiyini hesab edisə, bu onların seçimidir. Lakin mən əminəm ki, xalqımızın mütləq əksəriyyəti başqa cür düşünür.

- Siz Blinkenlə görüşə ümid edirsinizmi? Bu görüş nə vaxt baş tuta bilər və yaxın perspektivdə baş tutacaqmı?

- Biz telefonla danışanda mən onu diplomatik etiketə uyğun olaraq təbrik etdim. Biz bəzi vəziyyətlərlə bağlı fikir mübadiləsi etdik. Hesab edirəm ki, söhbətimiz mehriban, sakit, praqmatik oldu. Mən qeyd etdim ki, amerikalı həmkarlarımız bütün vəzifələrin, o cümlədən Dövlət departamentindəki ştatların formalaşdırılmasını başa çatdırdıqdan sonra biz əlaqləri bərpa etməyə hazır olacaq, bir çox problemlər üzrə, diplomatik missiyaların fəaliyyətindən tutmuş, strateji sabitlik və bir çox digər məsələlərə dair qarşılıqlı məqbul razılaşmalar axtaracağıq.

Amerika və Rusiya biznesi əməkdaşlığın genişləndirilməsində maraqlıdır, bu barədə ABŞ-Rusiya ticarə palatası bir müddət əvvəl izə məlumat verib. Biz danışığımızı onunla bitirdik ki, imkan düşdükcə söhbətləşə biləcəyimiz hansısa çoxtərəfli tədbirlər olacaq. Hlə ki ABŞ tərəfdən hansısa siqnal gəlməyib. Əgər tədbirlər gündəliyindən danışsaq, üç həftə sonra Rusiya Arktika Şurasında sədrlik estafetini İslandiyadan qəbul edəcək. Reykyavikdə, zənnimcə, mayın 20-21-də nazirlərin görüşü planlaşdırılır. Əgər ABŞ nümayəndə heyətinə dövlət katibi rəhbərlik edərsə, mən əlbəttə ki onun maraqlı olduğu təqdirdə, onunla danışmağa hazır olacağam. Mən, Arktika Şurasına iki il müddətində sədrlik edəcəyimizi nəzərə alaraq, bizim islandiyalı həmkarlarımıza nazirlərin bu iclasında iştirak edəcəyimi bildirmişəm.

Xəbər lenti
0