İDMAN

Tayson növbəti döyüşünün vaxtını açıqlayıb

Əfsanəvi boksçu Mayk Tayson 2005-ci ildən bəri döyüş keçirmirdi. İdmançı karyerası ərzində keçirdiyi 58 döyüşün 50-sində qələbə qazanıb
Sputnik

BAKI, 18 mart — Sputnik. Amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson növbəti dəfə nə vaxt rinqə çıxacağı vaxtı açıqlayıb. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı idmançı cari ilin may ayının 29-u və 31-də döyüşəcəyini deyib. Lakin Tayson rəqibinin məhz kim olacağını bildirməyib.

Məşhur boksçu türk filmində çəkilmək üçün fantastik məbləğ istədi

Xatırladaq ki, digər amerikalı peşəkar boksçu Evander Holifildin agentləri cari ilin yanvarın 10-da Mayk Taysona qarşı döyüşü barədə danışıqlar aparırlar. O həmçinin gərgin məşq etdiyini və keçmiş rəqibi ilə mümkün döyüşə hazırlaşdığını vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 29-da Tayson 15 illik fasilədən sonra rinqə çıxaraq bala Roy Consona qarşı döyüş keçirib. Heç-heçə nəticələnən qarşılaşmadan sonra Tayson yenidən döyüşməyə hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, əfsanəvi boksçu Mayk Tayson 2005-ci ildən bəri döyüş keçirmirdi. İdmançı karyerası ərzində keçirdiyi 58 döyüşün 50-sində qələbə qazanıb.