BAKI, 21 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 (fevralın 20-də 144) yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 (fevralın 20-də 2) nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir. Son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116 test aparılıb.