SƏHİYYƏ

Alman fizik koronavirusun mümkün yaranma versiyası haqda

Hamburq Universitetindən fizikin işini şərh edərkən bildiriblər ki, hipotez üçün sanballı arqumentlər olmasına rəğmən, bu işi elmi adlandırmaq düzgün deyil
Sputnik

BAKI, 19 fevral - Sputnik. Alman fizik Rolan Vizendanger koronavirus infeksiyasının mümkün yaranma versiyası haqda danışıb. 

Bu barədə ZDF telekanalı məlumat yayıb. Alim deyib ki, "şəxsi araşdırmalar" aparıb və belə nəticəyə gəlib ki, COVID-19 laboratoriyada yaradılıb. 

Onun sözlərinə görə, 2020-ci ilin yanvarından dekabrınadək elmi materialları və KİV-dəki məqalələri araşdırıb. Həmçinin bu faktları həmkarları ilə də müzakirə edib. 

"Mən 99.9% əminəm ki, koronavirus laboratoriyada peyda olub", - Vizendanger vurğulayıb. 

Ancaq Hamburq Universitetindən fizikin işini şərh edərkən bildiriblər ki, hipotez üçün sanballı arqumentlər olmasına rəğmən, bu işi elmi adlandırmaq düzgün deyil

2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində pnevmoniya yayılması barədə məlumat verib. Xəstəliyin törədicisinin yeni tip koronavirus olduğu təsbit edilib və ona COVID-19 adı verilib. 2020-ci il martın 11-də ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

Qeyd edək ki, koronavirusun laboratoriyada yaranması barədə başqaları da, xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo da vurğulamışdılar.