RUSİYA

Rusiyanın "Oxotnik" PUA-ları digər dronlardan nə ilə fərqlənir

XXI əsrin əvvəllərində dron texnologiyasının qabaqcılları İsrail və Amerika Birləşmiş Ştatları hesab olunurdu. Son vaxtlar Türkiyə nəinki onlara çatıb, hətta bir xeyli geridə qoya bilib,
Sputnik

 

BAKI, 13 fevral — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Planetin ağır kəşfiyyat-zərbə dronlarının şərti Olimpində Rusiyanın "Oxotnik" PUA-ları (Pilotsuz Uçan Aparat) bütün uçuş və döyüş xüsusiyyətləri spektri baxımından rəqiblərini üstələyir və yaxın illərdə silahlanmaya qəbul ediləcək. Çkalov adına Novosibirsk Aviasiya Zavodu (NAZ) S-70 "Oxotnik" ağır hücum dronunun daha üç prototipini hazırlayacaq. PUA-lar davamlı şəkildə təkmilləşdirilir və onların 2022-2023-cü illər ərzində uçuş sınaqlarına cəlb olunması planlaşdırılır. Birincisinin bütün sınaq xüsusiyyətləri (uçuş sınaqları 2019-cu ilin avqustunda başlamışdı) nəzərə alınmaqla, ikinci "Oxotnik"də əhəmiyyətli dəyişikliklər edilib.

Bu ixtira Bayraktarı düşündürəcək - Dronların qənimi gəlir

Hazırda təyyarənin konstruksiyası, göyərtəsindəki elektron avadanlıq sistemləri və mühərriki üzərində iş başa çatmaq üzrədir. RİA Novosti-nin Rusiya hərbi sənaye kompleksindəki bir mənbəyə istinadla verdiyi xəbərə görə, üçüncü və dördüncü pilotsuz təyyarələr faktiki olaraq seriya versiyasına uyğun hazırlanacaq.

Yanvar ayının əvvəlində Aşuluk poliqonunda keçirilmiş uçuş sınaqları zamanı birinci "Oxotnik" 500 kiloqramlıq bombalarla yerdəki hədəfləri uğurla vura bildi. Mütəxəssislərin fikrincə, ən yeni nişanalma-naviqasiya sistemi yüksək dəqiqliklə idarə olunan silahların effektivliyi ilə sərbəst düşən (təyyarənin gövdədaxili bölməsindən) döyüş sursatlarının tətbiqinə imkan verir. "Oxotnik" əvvəlcədən bilinən koordinatları ilə yerdəki stasionar və məhdud hərəkətli hədəfləri avtonom şəkildə vurma qabiliyyətinə malikdir, xarici korreksiyalar (havadakı hədəf təyinatı) daha dəqiq zərbəyə imkan verir. Gövdədaxili idarə oluna bilən "hava-hava" və "hava-yer səthi" raketləri xüsusi olaraq Rusiyanın bu ağır dronu üçün hazırlanıb.

Göyərtəsində nəhəng silah arsenalı olan gözəçarpmaz "Oxotnik"in döyüş missiyası uzaq mənzilli kəşfiyyat uçuşları və düşmənin müdafiəsinin (ərazisinin) dərinliklərinə yüksək dəqiqlikli zərbələr endirməkdir. Dünyada analoqu yoxdur.

Federasiya Şurası yeni Rusiya silahlarının START-3-ə daxil olmasını istisna edib

Bir qədər əvvəl Amerikanın "Forbes" jurnalı xəbər vermişdi: ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 "Reaper"-dən fərqli olaraq, Rusiya kəşfiyyat-zərbə dronu üsyançılara qarşı (hava hücumundan müdafiə sistemləri olmayan) deyil, geniş miqyaslı hərbi qarşıdurmalar üçün nəzərdə tutulub.

Təxminən 5 min kilometr məsafədə kəşfiyyat vasitələri və 6 tondan çox bomba və ya hava-yer və hava-hava raketləri daşıya bilər. "Oxotnik" uzaqlıq və silahların çeşidi baxımından "misilsiz imakanlara" malikdir.

İddialı müqayisə

XXI əsrin əvvəllərində hərbi-hava dronları və texnologiyalarının qabaqcılları İsrail və Amerika Birləşmiş Ştatları hesab olunurdu. Son vaxtlar Türkiyə nəinki onlara çatıb, hətta bir xeyli geridə qoya bilib. Türkiyənin "Bayraktar" TB2 zərbə PUA-ları bunu Qarabağ münaqişəsindəki effektiv hərəkətləri ilə sübut etdi. Rusiya isə dron texnologiyasını Aerokosmik Qüvvələrin maraqları çərçivəsində nisbətən gec, amma inamla inkişaf etdiməyə başlayıb.

İlk belə uğurlu layihə 2020-ci ildə istismara verilmiş "Orion-3" kəşfiyyat-zərbə PUA-sı idi. Bu PUA-nın qanadlarının kənar nöqtələri arasındakı məsafə 8 m, qalxma ağırlığı 1 ton, daşıma yükü 250 kq-a qədər, kreyser sürəti 120 km/s, havada qalma müddəti isə 24 saatdır. Ancaq S-70 "Oxotnik" PUA-sı əsl texnoloji inqilab və bu sahədə dünya liderlərinə ciddi rəqib sayıla bilər. Onu dünyanın ən ağır kəşfiyyat-zərbə dronları olan İsrailin "IAI Eitan", Türkiyənin "Bayraktar Akıncı" və Amerikanın MQ-9A "Reaper" ilə bir cərgəyə qoymaq mümkündür. Əsas xüsusiyyətləri - uzaqlıq, sürət və zərbə imkanları baxımından isə onlardan belə üstündür. Müqayisə üçün bildiriək ki, Rusiyanın bir "Oxotnik"i döyüş şəraitində İsrail, ABŞ və ya Türkiyədə istehsal olunan eyni sinfə aid ən az üç belə PUA-nı əvəz edə bilər.

Vaşinqtondan Rusiya və Çinə nüvə silahları ilə bağlı təklif

"Oxotnik"in kreyser (səsə qədər) sürəti saatda 1000 kilometrə bərabərdir ki, bu da ən yaxın rəqibi MQ-9a "Reaper"-in maksimal imkanlarından (saatda 480 kilometr sürətə malikdir) təxminən iki dəfə çoxdur.

Ən yüksək həddən də yuxarı

Rusiya istehsalı olan PUA-nın xarici analoqlarından daha ağır olduğunu, turboreaktivli mühərriklə təchiz olunduğu, süni intellektə və "uçan qanad" formasına sahib olduğunu qeyd etmək olar. Dron bütünlükdə elmi-fantastik filmlərdəki kosmik gəmiləri xatırladır və bu, Rusiyanın fenomenal texnoloji üstünlüyünü göstərir.

Dünyada ağır və az nəzərəçarpan kəşfiyyat-zərbə PUA-ları istehasal edə biləcək ölkələrin siyahısı çox məhduddur. Odur ki "Oxotnik"in hər bir hərəkəti okeanın o biri tayından diqqətlə izlənir, qərəzli şəkildə təhlil edilir. Bununla belə, Qərb "tərəfdaşlarımız"ın oxşar texniki xüsusiyyətlərə malik dron yaratmasına nəsə mane olur. Məsələn, Amerikanın X-47B (Northrop Grumman) ağır PUA layihəsi yerində sayır, halbuki onun ilk uçuşu hələ 2011-ci ildə, yəni, "Oxotnik" üzərində iş yenicə başladığı vaxt həyata keçirilmişdi.

"İntiqam silahı"nı Rusiya kimə tuşlayacaq? - VİDEO

Pentaqon Hərbi Dəniz Qüvvələri üçün perspektivli dronun bahalı adaptasiya layihəsi olan UCLASS üzərində işə 2013-cü ildə başlamışdı. Əməliyyat hazırlığının 2020-ci ilə qədər başa çatması planlaşdırılırdı, amma nədənsə ABŞ Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri hücum dronunun effektivliyinə və təhlükəsizliyinə şübhə ilə yanaşdılar. Odur ki UCLASS proqramı çərçivəsində zərbə dronunun statusu tədricən kəşfiyyat, daha sonra uçan yanacaq tankerinə kimi azaldıldı.

"Oxotnik" PUA-ları zərbə aviasiyasının strategiyasını və taktikasını yenidən yazmağa qadirdir. Bununla belə, Rusiya Federasiyasının hərbi-hava qüvvələri Avrasiya materikində, ilk növbədə, müdafiə tapşırıqlarını yerinə yetirir. Zərbə aviasiyasının imkanları Rusiya sərhədlərinin perimetri boyunca yerləşən hava hücumundan və raketdən müdafiə sistemləri ilə tamamlanır. "Oxotnik"lər seriyası döyüş xəttində öz yerini alanda (2025-ci ildə) isə bu müdafiə daha da güclənəcək.