BAKI, 11 fevral — Sputnik. UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar turnirə hazırlıqdan danışıb.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, Andreas Şar "Sport-Express" nəşrinə açıqlamasında bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: "Təsdiq etmək istəyirəm ki, turnir keçiriləcək, ona görə də mən öz komandamla Sankt-Peterburqa gəlmişəm".
"Böyük əminliklə demək istəyirəm ki, 12 şəhərin hamısı oyunları qəbul edəcək" - Şar deyib.
"Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün əvvəlcədən nəzərdə tutulan 12 oyunçunun hər biri qayıqdadır" - o əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.