CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid anası övladının dəfnindən əvvəl qurban kəsdi - FOTO

Şəhidin dəfnində ürək parçalayan anlar yaşanıb. Şəhidin anası Güllü xanım oğlunun nəşi tapıldığı üçün qurban kəsib
Sputnik

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Azərbaycan Milli Ordusunun müddətdən artıq xidmət edən (MAXE) və Vətən müharibəsində itkin kimi qeydə alınan Tural Sadəddin oğlu İsayev bu gün Siyəzən rayonu Yenikənd kəndində dəfn olunub. 

Şəhid anası övladının dəfnindən əvvəl qurban kəsdi - FOTO

Sputnik Azərbaycan-ın məlumatına görə, T.İsayev 2015-ci ildən "N" saylı hərbi hissədə MAXE kimi xidmət edib. Vətən müharibəsi başlanan gündən ailəsi onunla əlaqə saxlaya bilməyib. Dünən isə onun şəhid xəbəri gəlib.

Dəfndə kənd sakinləri, ictimaiyyət nümayəndələri,  Siyəzən rayon İH rəsmiləri iştirak ediblər.

Şəhidin dəfnində ürək parçalayan anlar yaşanıb. Şəhidin anası Güllü xanım oğlunun nəşi tapıldığı üçün qurban kəsib. O, oğlunun tabutuna bükülmüş bayrağı öpərək: "Oğulu Vətən üçün böyütmüşük, Vətən sağ olsun", - deyib.