SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan onu qəbul etməsini xahiş edib

Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirən ölkəmizin 50 siyasi partiyasının imzaladığı Bəyanatı fransalı həmkarına təqdim edib .
Sputnik

BAKI, 8 oktyabr - Sputnik. Oktyabrın 8-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransanın Rusiyadakı səfiri Pyer Levini onun xahişi ilə qəbul edib. 

Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün ilk növbədə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmasının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb. 

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında olduqca ətraflı məlumat verib. Azərbaycanın Səfiri münaqişənin nizamlanması həvalə edilən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, BMT TŞ-nin məlum qətnamələri, ATƏT-in Lissabon Zirvə Görüşü çərçivəsində qəbul edilmiş Yekun sənədin mahiyyəti, danışıqlar prosesində həmsədrlərin iştirakı ilə ortaya qoyulan Madrid prinsipləri, Mayendorf Bəyannaməsi və bu kontekstdə bir sıra digər sənəd və bəyanatlara toxunaraq, onların mövcud olan status-kvonun qəbuledilməzliyi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının münaqişənin həllinin əsasını təşkil etdiyini vurğulayıb.

Bununla yanaşı, Polad Bülbüloğlu Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasətinin davam etməsi, Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməsi və ümumilikdə danışıqların mahiyyətini tam şəkildə pozaraq onu mənasız etməsi kimi addımlarının bugünkü yaranmış vəziyyətə gətirib çıxardığını söyləyib.

Fransanın Səfiri ölkəsinin münaqişənin sülh yollu ilə həllinin tərəfdarı olduğunu və hazırki qarşıdurmanın tezliklə dayandırılmasının vacibliyini qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.

Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri

Eyni zamanda Səfir Polad Bülbüloğlu Azərbaycanın uzun müddət ərzində danışıqlar apardığını, daim konstruktiv mövqedən çıxış etdiyini, səbir və təmkinlə ədalətli qərarın qəbul edilməsini gözlədiyini və ölkəmizin ərazi bütövlüyünün heç bir zaman müzakirə predmeti olmadığını xüsusilə diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq ictimaiyyətə separatçılıqla mübarizədə səylərinin birləşdirilməsinə daim çağırış etdiyini söyləyib. 

Həmçinin Polad Bülbüloğlu bildirib  ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatları, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb  ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub. 

Putin, Tramp və Makron Qarabağla bağlı vəziyyətə dair bəyanat veriblər

Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirən ölkəmizin 50 siyasi partiyasının imzaladığı Bəyanatı fransalı həmkarına təqdim edib. Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla Azərbaycanın bütün siyasi qüvvələri birləşib Fransa Prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.

Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılmasının mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk Qrupuna daxil olan ölkələrin buna qarant çıxmasında gördüyünü bildirib. 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.