BAKI, 1 oktyabr — Sputnik. Rusiya, ABŞ və Fransa Prezidentləri Vladimir Putin, Donald Tramp və Emmanuel Makron Dağlıq Qarabağa dair bəyanatı razılaşdırıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağda zorakılığın artmasını ən qətiyyətli formada qınayır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin rəhbərləri eyni zamanda Dağlıq Qarabağda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar.
Rusiya, ABŞ və Fransa rəhbərləri Dağlıq Qarabağda ölən və yaralılara görə kədərləndiklərini bildiriblər.
Onlar Azərbaycan və Ermənistan rəhbərliyini heç bir ilkin şərt olmadan dərhal danışıqları bərpa etməyə çağırırlar.