İDMAN

Rəsmi: Azərbaycanca danışan Canni De Byazi sükanı ələ aldı

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb. O, fikirlərini Azərbaycan dilində ifadə edib. 64 yaşlı baş məşqçi əvvəlcə hamını salamlayıb: "Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".
Sputnik

BAKI, 30 iyul – Sputnik. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

AFFA klublara pul ayırıb, şərtlər qoydu

Sputnik Azərbaycan AFFA-nın saytına istinadən məlumatına görə, bu gün tərəflər arasında müqavilə imzalanıb.

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb. O, rəsmi "Facebook" səhifəsində fikirlərini Azərbaycan dilində ifadə edib. 64 yaşlı baş məşqçi əvvəlcə hamını salamlayıb: "Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".