RUSİYA

İldən-ilə dəyişən Qələbə paradları, yenilənən hərbi texnika və qoşunlar

Paradların keçirilmə tarixləri, iştirakçıları həmişə eyni olmayıb. Sputnik Azərbaycan sizi müxtəlif illərdə keçirilən paradlar, orada iştirak edən qoşun növləri və nümayiş olunan ən yeni texnika ilə tanış olmağa dəvət edir.
Sputnik

BAKI, 24 iyun — Sputnik. 1945-ci il mayın 9-da faşist Almaniyası üzərində Qələbənin elan olmasından 75 il keçir. Koronavirus pandemiyası səbəbindən bu il mayın 9-da keçirilməsi planlaşdırılan Qələbə Paradı təxirə salındı. Ancaq budur, bu gün yenidən milyonlarla insan qanlı-qadalı İkinci Dünya Müharibəsində azadlığı, vətəni uğrunda canını verənləri yenidən hörmətlə yad edir – bu gün Moskvada, Qırmızı Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı keçirilir. 

Qırmızı Meydanda Qələbə paradı keçirildi – VİDEO

Paradların keçirilmə tarixləri, iştirakçıları həmişə eyni olmayıb. Sputnik Azərbaycan sizi müxtəlif illərdə keçirilən paradlar, orada iştirak edən qoşun növləri və nümayiş olunan ən yeni texnika ilə tanış olmağa dəvət edir.

Hər il mayın 9-u, ümumxalq bayramı – Qələbə Günündə 1995-ci il 19 may tarixli “1941-1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqda” federal qanuna əsasən, Rusiyanın paytaxtı Moskvada, qəhrəman şəhərlərdə, eləcə də hərbi dairələrin qərargahlarının, donanmaların, ümumqoşun ordularının və Xəzər donanmasının qərargahlarının yerləşdiyi şəhərlərdə hərbi paradlar keçirilir. Paradlarda silah və hərbi texnika, sovet xalqının Böyük Vətən Müharibəsində Qələbəsinin rəsmi rəmzi – Qələbə bayrağı nümayiş olunur. 

Moskvanın Qırmızı Meydanındakı ilk Qələbə paradı 1945-ci il iyunun 24-də baş tutub. Bundan sonra o, 1995-ci ilədək yalnız yubiley illərində  - 1965, 1985 və 1990-da – Qələbə Günü, mayın 9-da keçirildi.

1995-ci il mayın 9-da, Qələbə Günü Moskvada keçirilmiş parad iki müstəqil hissədən ibarət idi. Qırmızı Meydanda müharibə və arxa cəbhə iştirakçıları, Moskva qarnizonunun bölmələri piyada yürüşü etdilər, bu, təşkilatçıların fikrincə, tarixi, 1945-ci ilin Qələbə Paradının yenidən canlandırılması idi. Tədbirə Qələbə Bayrağı da çıxarılmışdı.

Paradın ikinci hissəsi – hərbi texnikanın nümayişi Poklonnaya dağında keçirildi.

1996-cı ildən başlayaraq paradlar hər il Qırmızı Meydanda, ancaq hərbi texnikanın iştirakı olmadan keçirilməyə başladı.

2000-ci il 9 May paradında müharibə veteranlarının Qırmızı Meydanda son dəfə piyada yürüşü baş tutdu. 2001-ci ildən bəri onlar tribunalarda, tamaşaçıların arasında yer alırlar. 2001-ci il paradının əsas fərqi həm də onda oldu ki, postsovet tarixində ilk dəfə olaraq onu mülki Müdafiə naziri qəbul edirdi.

Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı

2002-ci ildə ilk dəfə olaraq parad bölmələri sırasına RF FHN-in Mülki Müdafiə Akademiyasının dinləyiciləri daxil edildilər. 

İkinci Dünya Müharibəsində Qələbənin 60 illiyi münasibətilə 2005-ci 9 May paradında ABŞ Prezidenti Corc Buş, Fransa Prezidenti Jak Şirak və AFR Kansleri Gerhard Şröder iştirak edirdilər. Tədbirin tarixi hissəsində Qırmızı Meydandan əllərində İkinci Dünya Müharibəsi dövrünün silahları, əyinlərində həmin dövrün hərbi geyimləri olan piyada rotası, zirehli tank qoşunları rotası, HDQ rotası, süvari eskadronu yürüş etdi. 

1945-ci ildən bəri ilk dəfə olaraq Qırmızı Meydanda kinoloqlar öz itləri ilə tribunalar önündən keçdilər. 

Sonra isə Böyük Vətən Müharibəsi cəhbələrinin on ştandartı (bayrağı) taxılmış, tədbir üçün xüsusi olaraq “ZiL” avtozavodunda hazırlanmış 130 müharibə dövrü avtomobilində 2.6 min müharibə veteranı Meydandan keçdi. Paradın tarixi hissəsində hərbi hissələrin keçidini Böyük Vətən Müharibəsi dövrünün mahnıları, cəbhə nəğmələri müşayiət edirdi. Paradın sonunda isə Qırmızı Meydanın üzərində “Russkiye Vityazi” və “Striji” yüksək pilotaj aviadəstəsinin qırıcıları məharətlərini göstərdilər. 30 saniyə aradan sonra əsas pilotaj qrupunun ardınca üç Su-25 hücum təyyarəsi səmanı Rusiya dövlət bayrağının rənginə boyayaraq paradı sonlandırdı.

2005-ci ildə keçirilən parad zamanı ilk dəfə olaraq mobil kameralardan istifadə olundu, bunlar müdafiə nazirinin, veteranların olduğu maşınlardan, hətta Qırmızı Meydanın üzərindən uçan təyyarələrdən açılan mənzərələri izləməyə imkan verdi. 

2006-cı ildə ilk dəfə olaraq paradda müqavilə ilə xidmət keçən əsgər və matroslar iştirak etdilər. 

2007-ci ildən isə paradda baş verənləri şərh edən diktorun səsini nəinki televizya izləyiciləri və radiodinləyicilər, eləcə də Qırmızı Meydanda olanlar eşidirlər. 

Keçmiş və gələcək qarşısında cavabdehlik: Putin Böyük Qələbə ilə bağlı məqalə yazıb

2008-ci ildə RF Prezidentinin qərarı ilə hərbi texnikanın ölkənin əsas meydanındakı paradda iştirakı bərpa edildi. O, üç hissədən ibarət oldu: piyada, mexaniki və avia. 2008-ci ilin 9 May paradının bir sıra özəllikləri vardı. Bütün qoşunlar yeni döyüş bayraqları ilə hərəkət edirdi, parad iştirakçıları isə yeni formalarda idilər. Bundan başqa, yol örtüyünü xarab etməmək üçün bütün tırtıllı texnikanı “asfaltlıq ayaqqabı”larla təmin etmişdilər. Paradın avia hissəsində “Russkiye Vityazi” və “Striji” pilotaj qruplarından savayı, vertolyotlar, bombardmançılar, qırıcılar, hücum təyyarələri, strateji hərbi-nəqliyyat təyyarəsi Ан-124 "Руслан" iştirak etdi.

Paradda texnikanın iştirakı ilə 2007-ci ildə 40 dəqiqə çəkən tədbirin sürəyi 1 saatadək artdı.

Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü 2010-cu ildə Qırmızı Meydanda görünməmiş miqyasda hərbi paradla qeyd olundu. 

Qələbə paradının tarixi hissəsində ilk dəfə olaraq MDB və antihitler koalisiyası üzrə müttəfiq ölkələrin nümayəndələri iştirak etdilər. Qırmızı Meydandan müxtəlif ölkələrin mindən çox hərbçisi keçdi. Moskvaya on MDB ölkəsinin ordularının nümayəndələri, eləcə də ABŞ, Böyük Britaniya, Fransa və Polşanın parad heyətləri gəlmişdilər. Fransanın “Normandiya-Neman” eskadrilyası və döyüş yolu Elba çayında müttəfiqlərin görüşü və ikinci cəbhənin açılması ilə bağlı olan Amerikanın Quru qoşunları bölməsi paradda keçid etdilər. Böyük Britaniyanı Birləşmiş Krallığın hərbi kontingentinin simvolu olan elit Uels alayının qvardiyaçıları təmsil edirdilər. Polşa isə Rusiya paytaxtına fəxri qarovul rotasını göndərmişdi. 

Paradda veteranlar, moskvalılar və şəhərin qonaqları ən yeni "Панцирь-С1" və "Тополь-М" raket komplekslərini gördülər. HHQ ekipajları Qırmızı Meydanın üzərindəki səmanı Rusiyanın bayrağı rənglərinə boyadılar, Su-25 hücum və MiQ-29 qırıcı təyyarələri isə əsas meydanın üzərindən “65” rəqəmi formasında keçdi.

"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”

2010-cu ildə 1945-ci ildən bəri ilk dəfə suvorovçu və naximovçular yox idilər. Müdafiə Nazirliyi bunu onunla izah etdi ki, parada hazırlıq üç aya yaxın müddəti əhatə edir, gərgin məşqlər isə onları dərslərdən uzun müddətə ayırır. 

2011-ci ildəki paradda iştirak edən hərbçilər ilk dəfə olaraq parad formasında deyil, səhra geyimindəydilər və furajka əvəzinə təmsil etdikləri hərbi qüvvələrin növünə aid rəngləri olan beret qoymuşdular. Növbəti il isə parad iştirakçıları səhra deyil, parad formasında idilər. 

2013-cü ildə, üç il aradan sonra suvorovçularla naximovçular paradda iştirak etdilər. Həmçinin ilk dəfə olaraq Aksay kazak kadet korpusunun (Rostov vilayəti) tələbələri Qırmızı Meydanda yürüş etdilər. 

Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə 2015-ci il 9 May paradına 30-dək xarici ölkənin lideri gəlmişdi. 

Tədbirdə 15 mindən çox insan vardı. İlk dəfə burada “Dövlət qız yetirmələrinin Moskva pansionu” kadet internat məktəbinin qız yetirmələri iştirak etdilər. Rusiyalı hərbçilərdən başqa, tədbirdə xarici dövlətlərin – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan, Serbiyanın parad heyətləri, Çinin üç qoşun növünü – quru, hərbi-hava və hərbi-dəniz – təmsil edən fəxri qarovul dəstələri Qırmızı Meydandan keçdilər.

Paradda 200 ədəd hərbi texnika, o cümlədəm “Armata”, “Kurqanets”, “Bumeranq” platformalarında ən yeni yerli zirehli texnika, eləcə də ən yeni özüyeriyən artilleriya haubitsası "Коалиция-СВ" nümayiş olundu. 

2016-cı il mayın 9-da Moskvada paradların keçirilməsi tarixində ilk dəfə olaraq Rusiya Müdafiə Naizrliyinin Hərbi Universiteti və A.V.Xrulyov adına Maddi-Texniki Təchizat Akademiyasının Volski filialının qadınlardan ibarət seçmə bölməsi tədbirdə iştirak etdi. Bundan əlavə, həmin parad yeni növ qoşun və güc qurumunun – Hava-Kosmik Qüvvələri və Milli Qvardiyanın - təmsilçiləri üçün debütlə yadda qaldı. 

Aviatexnika yenilikləri arasında tamaşaçılar ən yeni hərbi-nəqliyyat təyyarəsi - Ил-76МД90A ilə tanış oldular. Həmçinin  "Крыло" (“Qanad”) taktiki qrupunda ilk dəfə iki ədəd çoxfunksiyalı “Су-35С” qırıcısı təqdim edildi. 

2017-ci ildə ilk dəfə Qırmızı Meydanda "Юнармия" (Gənc ordu) hərbi-vətənpərvər hərəkatının parad heyəti göründü. RF Müdafiə Nazirliyinin Hərbi Universitetinin qadın parad heyəti isə ilk dəfə göy jaket, ağ yubka və qara uzunboğaz çəkmədə yürüş etdi. Bundan əvvəlki Qələbə parandlarında iştirak edən bütün qadın heyətləri  ağ rəngli forma geyinirdilər.

Tədbirdə ilk dəfə xüsusi olaraq Rusiyanın Arktika qruplaşması üçün hazırlanmış texnika – zenit-raket kompleksi "Тор-М2ДТ" və zenit-raket-top kompleksi "Панцирь-СА” – nümayiş edildi. Onlar qış kamuflyaj rəngində idilər. Quru qoşunları da bir neçə yeniliklə - "Тигр-М" zirehli maşını və Т-72Б3М tankları - ilə öyündü. Pis hava şəraiti paradda avia dəstələrinin iştirakına mane oldu. 

Qələbə Gününün şərəfinə təyyarələr havada - aviaşoudan VİDEO

2018-ci il mayın 9-da Qırmızı Meydandakı paradda ilk dəfə Sevastopolun Naximov adına hərbi-dəniz məktəbinin, Rosqvardiyanın Moskva Prezident kadet məktəbinin yetirmələri, Smolenskin Hava Hücumundan Müdafiə Qoşunları Hərbi Akademiyasının, Rosqvardiyanın Saratov İnstitutunun kursantları və Hərbi polisin parad heyəti iştirak etdilər. Qırmızı Meydandan keçən hərbi texnika arasında ilk dəfə robotlaşdırılmış komplekslər - ərazinin minadan təmizlənməsi üçün məsafədən idarə olunan "Уран-6", atəş dəstəkçisi olan tırtıllı "Уран-9" dronları, pilotsuz uçan aparatlar  "Катран" və "Корсар", "Терминатор-2" tank dəstəkçi hərbi maşınları (TDHM) - nümayiş olundu.

Paradın avia hissəsində operativ-taktiki,uzaq mənzilli, hərbi-nəqliyyat və ordu aviasiyasının 75 heyəti, o cümlədən raket müdafiəsini dəf edən ən yeni "Кинжал" hipersəs raketli bir cüt МиГ-31К qırıcısı və beşçinci nəsil Су-57 təyyarələri iştirak edirdi.

2019-cu il Paradının əsas premyerası isə təntənəli marş üçün xüsusi hazırlanmış limuzin bazasındakı “Aurus” kabrioleti oldu. 

Bu avtomobillərdə hərbi bölmələrin qarşısından paradın komandiri və onu qəbul edən Müdafiə naziri keçdilər. Bundan başqa, piyada parad bölmələrinin sırasına ilk dəfə olaraq Kikot adına Moskva XİN Universitetinin batalyonu, Sovet İttifaqı Marşalı Jukov adına Hərbi-Kosmik Müdafiə Hərbi Akademiyasının qadın hərbçiləri bölməsi və Aleksandr Nevski adına İstintaq Komistəsi Kadet Korpusunun parad heyəti daxil edilmişdi. 

Ryazan desant məktəbi, 131-ci paraşüt-desant alayı və 2-ci motoatıcı diviziyanın parad heyəti ilk dəfə ən yeni AK-12 avtomatları ilə Qırmızı Meydandan keçdilər. 

2019-cu ildə paradın avia bölməsini son anda ləğv etdilər: Moskva üzərində səhər ertədən sıxlaşan yağış buludları imkan vermədi.

2020-ci il aprelin 20-də Rusiya Prezidenti Vladimir Putin mürəkkəb epidemioloji şərait səbəbindən Qələbənin 75 illiyi münasibətilə Paradın keçirilməsini təxirə salmaq qərarına gəldi. Mayın 9-da Rusiya şəhərlərində aviaparadlar və bayram atəşfəşanlığı oldu. Mayın sonunda isə Prezident elan etdi ki, Qələbə Paradı iyunun 24-də keçiriləcək.