Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qırmızı Meydanda Qələbə paradı keçirildi – VİDEO

© AP Photo / Alexander ZemlianichenkoПарад, фото из архива
Парад, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanı bu möhtəşəm bayramda Müdafiə Naziri Zakir Həsənov və 75 hərbi qulluqçudan ibarət parad heyəti təmsil edir

BAKI, 24 iyun — Sputnik. Bu gün Rusiyanın paytaxtı Moskvanın Qırmızı Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Qələbə paradı keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, əslində bu parad digər yubiley paradları kimi, Qırmızı Meydanda mayın 9-da, Qələbə Günü keçirilməli idi. Ancaq Rusiya Federasiyası Prezidenti Vladimir Putin koronavirus pandemiyasının yaratdığı çətin şəraiti nəzərə alaraq apreldə Qələbə paradının iyunun 24-də keçirilməsi barədə qərar verdi.

İyunun 24-ü təsadüfi seçilməyib. Çünki 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində qələbə ilk dəfə 1945-ci il iyunun 24-də Moskvanın Qırmızı Meydanında hərbi paradla bayram edilmişdi. Həmin gün paradı Ali Baş Komandanın müavini, 1-ci Belarus cəbhəsinin komandanı Sovet İttifaqı marşalı Georgi Jukov qəbul edirdi. Paradın komandiri isə 2-ci Belarus cəbhəsinin komandanı Sovet İttifaqı marşalı Konstantin Rokossovski idi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına bu il keçirilən Qələbə paradında 13008 hərbçi, 216 texnika, 75 uçan aparat və 13 xarici ölkənin nümayəndələri iştirak edəcəklər.

Azərbaycanı bu möhtəşəm bayramda Müdafiə Naziri Zakir Həsənov və 75 hərbi qulluqçudan ibarət parad heyəti təmsil edir. Hərbi paradda hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçid edəcəklər.

Xəbər lenti
0