SƏHİYYƏ

Koronavirus əleyhinə dərman təsdiq edilmədi – Sübut yoxdur

Dərman vasitəsinin sertifikatlaşdırılması qeyri-müəyyən tarixə qədər təxirə salınıb və araşdırmaların davam etdirilməsinə qərar verilib.
Sputnik

BAKI, 26 may — Sputnik. Yaponiya "Aviqan", "Avifavir" adları ilə də tanınan, qrip əleyhinə olan "Favipiravir" preparatının koronavirusun müalicəsində istifadə edilməsini sertifikatlaşdırmaqdan imtina edib.

Biz indi koronavirus dalğasının harasındayıq?

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yaponiya hökuməti preparatın kliniki sınaqlardan sonra sertifikatlaşdırılmasını may ayının sonlarına planlasa da alimlər preparatın koronavirusa qarşı effektivliyini sübut edə bilməyiblər.

Nəticədə dərman vasitəsinin sertifikatlaşdırılması qeyri-müəyyən tarixə qədər təxirə salınıb və araşdırmaların davam etdirilməsinə qərar verilib.

"Favipiravir" preparatı Yaponiyanın Fujifilm Holdings korporasiyası tərəfindən hazırlanıb. Yaponiya hökuməti bu preparatı qrip epidemiyası üçün nəzərdə tutaraq, ehtiyatda saxlayıb. Dərman Ebola qızdırması zamanı da istifadə edilib. Preparatın çox sayda əks təsirləri var.

Daha əvvəl isə Yaponiyanın bu preparatı 43 ölkəyə çatdıracağı qeyd edilirdi.