İDMAN

UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım

"Qarabağ" futbol klubundan başqa bütün klublarımız "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində maddi yardım alıb.
Sputnik

BAKI, 20 may — Sputnik. UEFA növbəti dəfə Azərbaycan klublarına yardım edib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi

Verilən məlumata görə 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb. "Keşlə" klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

"Neftçi" - 15 446.42 avro

"Səbail" - 15 446.42 avro

"Qəbələ" - 15 446.42 avro

"Zirə" - 15 446.42 avro

"Sumqayıt" - 15 446.42 avro

"Sabah" - 15 446.42 avro

"Keşlə" - 15 446.42 avro

Qeyd edək ki, bir müddət öncə AVRO-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün UEFA tərəfindən ayrılmış 1 137 773.20 avro pul vəsaiti AFFA-nın vasitəsilə klubların hesabına köçürülmüşdü.