İDMAN

Premyer Liqanın bərpası təxirə salındı – Hələ futbol olmayacaq

Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi. Lakin oyunların bərpası hələ mümkün olmayacaq
Sputnik

BAKI, 14 aprel — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının bərpası ən azı karantin dövrü bitənədək uzadılıb. 

İtaliyada futbol yarışları dayandırıldı

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.

O, çempionatla bağlı məsələdə Nazirlər Kabinetinin qərarına uyğun hərəkət edəcəklərni bildirib: “Hazırda hər yer bağlıdır. Karantin müddəti hələlik aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Xüsusi karantin rejiminin müddəti artırılsa, çempionatın bərpası yubanacaq".

Şahgəldiyev klublara vaxt barədə heç bir məlumat verə bilmədiklərini vurğulayıb: "Aprelin 20-də karantinin bitib-bitməyəcəyindən məlumatımız yoxdur. Nazirlər Kabinetinin yeni qərarı nə olacaqsa, ona uyğun addım atılacaq”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi.