Evdə qalanlara xatirə: AVRO-da ən uzun qələbə seriyaları

Belçika və İtaliya AVRO-2020-nin təsnifat mərhələsində mümkün 10 qalibiyyətdən hamısını qazanaraq maksimum nəticə göstəriblər
Sputnik

BAKI, 19 mart — Sputnik. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin koronavirus ilə bağlı vəziyyətə görə 12 ay müddətinə təxirə salınmış futbol üzrə Avropa Çempionatında Belçika və İtaliya yığmaları bütün matçlarını qazanaraq yarımfinala çıxsalar, rekord qıracaqlar.

Təsnifat mərhələsində uğurlu çıxışları sayəsində belçikalılar və italiyalılar Avropa çempionatlarında qalibiyyət seriyasının uzunluğu üzrə rekord müəyyən edə bilərlər.

AVRO-nun aqibəti necə olacaq? Bu və digər suallar cavablandırıldı

Hazırda rekorda 14 oyun, o cümlədən təsnifat mərhələsinin oyunları daxildir. Bu rekord Yoahim Lövün başçılığı altında AVRO-2012-nin 10 təsnifat turunun hamısında, final turnirinin qrup mərhələsinin üç matçında və dörddəbir finalda qalib gəlmiş Almaniya yığmasına məxsusdur.

Belçika və İtaliya AVRO-2020-nin təsnifat mərhələsində mümkün 10 qalibiyyətdən hamısını qazanaraq maksimum nəticə göstəriblər. Rekordu yeniləmək üçün onlara final mərhələsində daha beş matç qazanmaq, yəni yarımfinala heç-heçə və məğlubiyyət olmadan çıxmaq lazımdır.

AVRO-da ən uzun qələbə seriyaları (təsnifat oyunları daxil olmaqla)

14 Almaniya (03.09.10 – 22.06.12)

"Yuventus"un başı dərddə: o da koronavirusa yoluxdu

12 Fransa (25.06.00 – 13.06.04)

10 Çexiya (06.09.98 – 09.10.99)

10 İspaniya (26.06.08 – 11.10.11)

10 İngiltərə (08.09.14 – 12.10.15)

10 İspaniya (12.10.14 – 17.06.16)

10 Belçika (21.03.19 – )

10 İtaliya (23.03.19 – )

AVRO-nun final mərhələsində ən uzun qələbə seriyaları

5 Fransa (12.06.84 – 27.06.84)

"Sabah"dan Novruz sürprizi - VİDEO

5 Niderland (15.06.88 – 12.06.92)

5 Çexiya (21.06.00 – 27.06.04)

Bir AVRO çərçivəsində ən çox qələbə

5 Fransa (1984, 5 qələbədən)

5 Fransa (2000, 6 qələbədən)

5 İspaniya (2008, 6 qələbədən)

5 Fransa (2016, 7 qələbədən)