RUSİYA

Neft Rusiya qazını öz arxasınca aparmayacaq

Sıxılmış təbii qaz bazarındakı mövcud vəziyyət Rusiyaya bəzi hallarda yaxşı şeylər vəd edir - Maraqlı məqamlar var
Sputnik

Aleksandr Sobko, RİA Novosti

BAKI, 18 mart — Sputnik. Neft bazarında baş verən hadisələr və koronavirus problemi qaz mövzusunu ikinci plana çəkib. Ancaq əlbəttə ki, neftin qiymətinin aşağı düşməsi qaz bazarına da öz təsirini göstərəcək. Burada maraqlı olan nədir?

Neft qiymətləri və alternativ energetikanın süqutu: qalib kimdir?

Əvvəlcə xatırladaq ki, uzunmüddətli müqavilələr üzrə bəzi bazarlar üçün qazın qiyməti (ilk növbədə, bu, Asiyada sıxılmış təbii qazın qiymətlərinə aiddir) neftin qiymətlərinə bağlıdır. Son aylarda bazarda artıqlığın yaranması səbəbindən qazın qiyməti ucuzlaşmış, neftin qiyməti isə "OPEK+" razılaşmaları nəticəsində bahalaşmışdı. Nəticədə eyni vaxtda bu iki qiymətqoyma arasında böyük fərq yaranmışdı. Qaz və STQ (Sıxılmış təbii qaz) üzrə birja qiymətləri milyon BTU (British thermal unit – Britaniya istilik vahidi; bu, min kubmetrə təxminən 105 dollara uyğun gəlir) üçün üç dollar səviyyəsində olub (və indi də belədir).  Neftlə bağlı müqavilələrə görə STQ-nin qiyməti isə üç dəfə yüksəkdir və bir milyon BTU-nun qiyməti doqquz dollara çatıb. Gülünc vəziyyət yaranıb: Çin sıxılmış təbii qaz idxalçıları koronavirusla bağlı "fors-major" və uzunmüddətli müqavilələr üzrə STQ-ni qəbul etməkdən imtina etdikləri barədə məlumat veriblər, amma dərhal da bu həcmdə sıxılmış qazı spot qiymətləri ilə almağa razılaşıblar.

İndi vəziyyət xeyli dəyişib. Neft iki dəfə ucuzlaşdığı halda, iki növ qiymətqoyma arasındakı fərq saxlanılır, lakin daha aşağı olur: kobud qiymətləndirməyə görə,  4,5 dollar (neft bağlılığı) milyon BTU-ya görə üç (birja) dollara qarşı.

Mövsümov: "Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək"

Bununla yanaşı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, qazın birja qiymətləri bir milyon BTU üçün üç dollar səviyyəsində qalıb. Niyə belə? Birincisi, artıq düşməyə yer yoxdur. Pessimistlər qiymətlərin tez-tez daha da aşağı düşməsini gözləyirlər, lakin biz Amerikanın sıxılmış qaz zavodlarının fəaliyyətinin dayandırılmasına daha da yaxınlaşmışıq, çünki qiymətlər hətta əməliyyat xərclərini çətinliklə ödəyir. Üstəlik, qaz sahəsinə tələbat daha çox qızdırıcıların işləməsi ilə bağlıdır (epidemiya əleyhinə tədbirlərə təsir göstərmir). Təbii ki, bu prosesə sənayenin də öz töhfələri var: bu ilin fevral ayında Çində qaza tələbat ötən ilin fevral ayı ilə müqayisədə on faiz azalıb.

Koronavirus nefti vurur – qiymətlər yenə düşdü

Maraqlıdır ki, "Qazprom" artıq neft qiymətlərinin tərəddüdlərinə minimal dərəcədə həssasdır. Fevral ayının əvvəlində açıqlanan son rəsmi məlumatlara görə, şirkətin Avropaya satışının yalnız 30% - i neftə  bağlıdır. Bundan dərhal sonra isə məlum oldu Bolqarıstan üçün qiymətlərə yenidən baxılır (yəqin ki, bu düzəliş neft indeksasiyasından birja qiymətlərinə keçidlə müşayiət olunub). Yekun: indi neftin qiymətlərinin düşməsinin "Qazprom"un gəlirlərinə minimal təsir göstərəcəyi haqqında danışmaq olar. (Mötərizədə qeyd edək ki, istənilən halda indi şirkətlərə asan deyil: qazın birja qiymətləri çox aşağı səviyyədədir, lakin onlar neftin qiymətlərinin darmadağın olmasından əvvəl də belə idi.)

Əksinə, sıxılmış qaz bazarında, xüsusilə köhnə müqavilələrə görə, neft asılılığı hələ də çox yayılıb. Müvafiq olaraq, neftin qiymətinin düşməsi, əlbəttə ki, STQ satıcılarının mənfəətini azaldacaq. Eyni zamanda, spot qiyməti ilə uzunmüddətli müqavilənin qiyməti arasındakı fərqin azalması ixracatçılar və idxalçılar arasındakı gərginliyi azaldacaq.

Nazir müavini bərpa olunan enerjinin gətirəcəyi dividendləri açıqlayır

Lakin ən əsası: STQ bazarının perspektivləri nədir? Biz bu yaxınlarda müzakirə etdik ki, bütün iştirakçılar üçün yeni layihələr üzrə sərmayədarların qəbulunu təxirə salmaq arzu olunandır. Bu artıq 2025-ci ildə qiymətlərin həddindən artıq yuxarı qalxmasına imkan verməmək üçün lazımdır. Qətər yeni STQ zavodlarının tikintisini təxirə salır, lakin Mozambik və ABŞ-da bu layihələr nəzərdən keçirilir. İndi daha böyük ehtimalla demək olar ki, cari ildə yeni sıxılmış qaz layihələri işə salınmayacaq. Əlbəttə ki, cari tələbat çöküb və hər kəsin ağlında yalnız koronavirus var. Amma tikinti işlərinə başlanılsa belə, onun işə düşməsinə ən azı dörd il vaxt lazımdır və bu,  yalnız virusla bağlı deyil. Sadəcə, şirkətlərin öz layihələrinin həyata keçirilməsini  təmin etmək imkanları qalmayıb.

Əvvəllər, hətta qazın cari birja qiymətləri aşağı olduğu təqdirdə belə, sıxılmış qaz layihələri hesabına rentabelliyi təmin etmək mümkün idi: Birincisi, sonuncu alıcının neftin qiymətinə əsaslanaraq müqavilə bağlamağa razılaşdığı təqdirdə.

Neftə görə tələbat görünməmiş həddə düşə bilər
İkincisi,  neft-qaz nəhənglərindən biri zavodun bütün STQ istehsalının həcmini (və qiymət risklərini) "öz üzərinə" götürəcəyi təqdirdə. O, sonradan STQ treyderi kimi də fəaliyyət göstərə bilərdi.

Aydındır ki, indi hər iki imkan qapalıdır. Neftin cari qiymətləri neft asılılığı ilə əlaqədar olaraq sıxılmış qaz müqavilələrinin rentabelliyini təmin etmir. Neft şirkətləri isə öz əsas neft sahələrində necə yaşayacaqlarını düşünürlər. Sıxılmış qaz bazarının risklərini bahalı neft hesabına subsidiyalaşdırmaq artıq mümkün olmayacaq.

Maraqlıdır ki, neft qiymətlərinin darmadağın olmasından əvvəl ABŞ-ın ən maraqlı STQ layihələrindən biri - Tellurian şirkətinin Driftwood LNG zavodu uzun müddətə təxirə salınıb. Bu, Donald Trampın fevral ayının sonlarında Hindistana səfərindən sonra baş verib. Bu səfər çərçivəsində hindistanlı tərəfdaşların daha əvvəl STQ-nin alınması ilə bağlı əldə edilmiş razılaşmaları möhkəmləndirməsi gözlənilirdi. Driftwood LNG layihəsi sərmayələşməyə qəbul edilməsi üçün kifayət olmayan zəmanətli satış əldə edəcək. Lakin Hindistan tərəfi sıxılmış qaz idxalına dair yekun qərarı bir daha təxirə salmağa üstünlük verib. Nəticədə, nə bu layihənin bir neçə kiçik xətdən ibarət olması (nəzəri olaraq mərhələli tikinti üçün imkanlar yaradıla bilərdi), nə qazsıxma qurğularının rekord səviyyədə aşağı qiyməti, nə də Driftwood LNG-yə Total transmilli neft-qaz korporasiyasının birbaşa investisiyaları kömək etmədi.

Neftin hazırkı qiyməti dünya iqtisadiyyatına nə vəd edir – ekspert şərhi

STQ bazarındakı mövcud vəziyyət bir məsələdə Rusiya üçün yaxşıdır. Bu yalançı şadyanalıq və təsəlli fikriləri deyil. Əlbəttə, mənfi cəhətlər də göz qabağındadır: STQ-nın satışından əldə olunan gəlirlər aşağı düşəcək, "Yamal STQ" ilə müqavilələrin əhəmiyyətli hissəsi isə neftin qiymətlərinə bağlıdır. Ümumiyyətlə, xammal bazarlarındakı neqativ təzahürlər böyük ixracatçı kimi Rusiya üçün aşkar mənfi haldır. Bəs müsbət cəhətlər nədən ibarətdir?

Neftin qiymətlərini yaxın dövrdə nə gözləyir – ekspert şərh edir

Bir tərəfdən, Rusiya yeni zavodlarda öz avadanlığından istifadə etməkdə maksimum maraqlıdır, lakin hazırlıq və istehsalın təşkili ilə bağlı bir az gecikir. STQ bazarındakı yarış, öz payını tutmaq kimi normal istək — bütün bunlar rusiyalı iştirakçıları zavodların buraxılışı ilə gecikməməkdən ötrü əcnəbi avadanlıqdan da istifadə etməyə məcbir edirdi. İndi isə dünya STQ zavodlarında yaranmış fasilə yeni tsiklə əsasən öz avadanlığına və texnologiyalarına fərqli yanaşmağa imkan verəcək.

Burada, yeri gəlmişkən, sürətlənmə və pozitiv xəbərlər görürük. Bu günlərdə məlum olub ki, “Ob STQ” layihəsi üçün artıq qaz turbinləri və kompressor avadanlığı sifariş olunub. Xatırladaq ki, bu “Novatek”in daha bir STQ layihəsidir. Hələlik barəsində sərmayə qərarı qəbul olunmamış layihə üzrə gördüyümüz kimi avadanlıq sifariş olunur. Zavod Rusiyanın “Artktik kaskad” texnologiyasından istifadə edəcək. Bu texnologiyanı öncədən “Yamal STQ”nin nisbətən kiçik “test” dördüncü xəttində (buraxılış ilin sonunda olacaq) yoxlayacaqlar. Ən optimist qiymətləndirmələrə görə, "Ob STQ" artıq 2022-ci ilin sonunda istismara verilə bilər.

Xatırladaq ki, bu istehsal nisbətən kiçikdir (2,5 milyon tonluq iki xətt) və Rusiya texnologiyasını böyük həcmli xətlərdə bir daha yoxlamaq məqsədini güdür, bundan sonra isə onun artıq inamla miqyasını böyütmək olar.