İDMAN

AVRO-2020 ləğv oluna bilər – Hazırlıq işləri dayandı

Qurum tərəfdaşlarını hazırlıq proseslərinin dayandırılmasının zəruriliyi barədə məlumatlandırıb. Çünki turnirin final mərhələsinin 2021-ci ilə keçirilməsi müzakirə olunur
Sputnik

BAKI, 14 mart — Sputnik. UEFA Avro-2020 çempionatını dayandıra bilər. Sputnik Azərbaycan xəbər verir ki,  UEFA AVRO-2020-nin keçirilməsi ilə bağlı hazırlıq işlərini dayandırmağa qərar verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Bildirilir ki, qurum tərəfdaşlarını hazırlıq proseslərinin dayandırılmasının zəruriliyi barədə məlumatlandırıb. Çünki turnirin final mərhələsinin 2021-ci ilə keçirilməsi müzakirə olunur.

Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda təşkil olunmalı idi.