İDMAN

Çempionlar Liqası: Kimlər getdi, kimlər qaldı

Bu gün 1/8 finalın daha iki cavab qarşılaşması keçiriləcək. Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşacaq. Digər görüşdə isə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olacaq
Sputnik

BAKI, 11 mart — Sputnik. Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, keçirilən iki oyunla ilk 1/4 finalçılar bəlli olub. "Valensiya" doğma meydanında "Atalanta"nı qəbul edib. İtaliyadakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edən "Atalanta" səfərdən də "əlidolu" qayıdıb.- 4:3.

Çempionlar Liqası: 1/4 finalın ilk iştirakçıları məlum olacaq

Günün digər matçında isə "Tottenhem" "Leyptsiq"in qonağı olub. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası Almaniyada da məğlub olaraq turnirdən kənarda qalıb - 0:3.

Beləliklə, hər iki oyunun nəticəsinə görə "Atalanta" və "Leyptsiq" 1/4 finala yüksəlib.

Bu gün Çempionlar Liqasında 1/8 finalın növbəti iki oyunun cavab qarşılaşmaları keçiriləcək. Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda Madrid klubu minimal hesabla qalib gəlib - 1:0.

Digər görüşdə isə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olacaq. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün yaxşı nəticə əldə etməyə çalışacaq.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.