CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstə olduğunu bilməyən “xoşbəxtlər”: Onların öz-özünə sağalmaq şansı var

Keçirdiyimiz hər bir qorxu, həyəcan və digər ağır stress vəziyyəti bəzən orqanizmə istənilən xəstəlikdən daha dəhşətli zərbə vura bilər. Bunu hər birimiz bilməliyik
Sputnik

BAKI, 6 mart — Sputnik. Koronavirus qorxusu bir çox insanın evdən bayıra çıxmağa qoymur. Şayiələrini də sayı anbaan artır, ya müalicəvi videolar paylaşılır, ya qorxulu səs faylları. Bu qədər məlumatın qarşısında aciz qalan insan elə nə edəcəyini bilmir. Təlaş içində yatır, təlaş içində yuxudan oyanır.

Virus, qaçaraq gələn işbazlar, oynayan müəllim, bir kisə yonca…

Ölən ölürdü, qalan da immunitet qazanırdı

Birinci Cahan müharibəsi dövründə yayılan ispan qripinin qurbanlarının sayı silah-mərmidən, kimyəvi zəhərlənmədən ölənlərin sayını dəfələrlə üstələyib. İspan qripi əvvəlcə müharibə dövründə yayılıb, amma vəziyyət ağır olduğundan kimsə ciddiyə almayıb. Daha sonra isə daha dəhşətli bir axınla 1919-cu ildə geri dönüb. Rəsmi məlumata görə, dünyada bu xəstəlikdən haradasa 25 milyon insan tələf olub. Amma bir çox analitiklər rəqəmin ən azı 4 dəfə artıq olduğunu düşünür, axı çətin dövr idi, dəqiq statistikanı heç kim aparmırdı. Xəstəliyi həm də cəbhədən geri dönən əsgərlər yayırdı. Minlərlə kənd, qəsəbə ispan qripindən tam boşalmışdı. Tibbin səviyyəsi qənaətbəxş olmadığından elə bir müalicə də yox idi, sadəcə ölən ölürdü, qalan da immunitet qazanırdı.

İnformasiya kanallarının yayılma arealı da bugünkü kimi mobil olmadığından, xəstəliyin xəbəri də elə sürətlə yayılmırdı. Müharibənin törətdiyi fəsaddan biri kimi qiymətləndirilirdi. O dövrdə həm vəba vardı, həm də yatalaq. Vərəm də milyonlarla insanı aparırdı. Amma indiki günümüzün təlaşına rast gəlmək də çətin məsələ idi. İnsan həyatının qiyməti də düşmüşdü. Sadəcə, sağ qalanlar başqa cür yaşayırdılar. Dünyaya yeni doğulmuşlar kimi.

Koronavirus məhz müalicəsi olmadığı üçün qorxulu görünür

Müasir insana qrip kimi sadə xəstəlikdən ölmək bir az gülməli gəlir. Halbuki hər ili qripdən ən azı 500 min insan ölür. Koronavirus da qripin, pnevmoniyanın bir növüdür. Amma vərəm və ya infarkt daha çox insanı məhv edir. Amma hansısa müalicə yolları olduğu üçün elə də qorxu yaratmır. Koronavirus məhz müalicəsi olmadığı üçün qorxulu görünür. Deyək, kimsə xəstə olduğunu bilmir, iki həftə rahat gəzir, birdən küçədə getdiyi yerdə yıxılıb ölür. 

Dost ölkə virusa görə Azərbaycanı siyahıya saldı: Reyslər və icazələr dayandırılır
Belə ölüm çoxunu qorxudur.

Nə qədər paradoksal olsa da, bəzən aramızda xəstə olan, özü də xəstəliyə tutulduğunu bilməyən, öz-özündən immunitetin gücünə sağalan insanlar da olur. Yəni bəzi insanlara xəstə olduğunu bilməmək daha məsləhətdir, qorxu-təlaş keçirmir, immunitet də bacardığı qədər mübarizə aparır.

Sən demə, Türkiyədən gələn qohumlar özləri ilə “donuz qripi”ni gətiribmişlər

Haşiyə: Azərbaycanda olmuş hadisədir. Türkiyədən gəlmiş qohumlarını qəbul edən bir ailə qışın bütün aylarını xəstə vəziyyətdə keçirir. Nə uşaqların öskürəyi kəsilir, nə qızdırma düşmür. Elə böyüklər də dayanmadan qızdırırlar. Nə həkim bir əməlli-başlı diaqnoz qoya bilmir, nə də dərman filan kömək edir. Elə öskürə-öskürə qışı yola verirlər.

Qohumlar Türkiyəyə geri dönür, ailə üzvləri isə yalnız yaz gəldikdən sonra dirçəlirlər. Hamı sağılır. Bir müddət sonra söhbətin üstü açılır. Sən demə, Türkiyədən gələn qohumlar özləri ilə “donuz qripi”ni gətiribmişlər. Hamını xəstələndirib geri dönüblər. Türkiyədə müayinə zamanı onlarda həmin bu A/H1N1virusu aşkarlanıb. Amma qohumlarına da bir söz deməyiblər. Onlar da Azərbaycan həkimlərinin baş çıxara bilmədiyi bir xəstəliklə üz-üzə qalıblar. “Donuz qripi” koronavirusla müqayisədə daha çox fəsad törədən bir xəstəlikdir, amma kimsə bu xəstəliyi keçirib və xəbəri belə olmayıb. Bir üstünlüyü olub: immunitet qazanıblar.

“Yatalaqlı Meri” böyük miqdarda insanı qarın yatalağı xəstəliyinə yoluxdurubmuş

Nə qədər qəribə olsa da, xəstəliyi yaymaq baxımından insanlar müxtəlif qrupa bölünürlər. Kimsə yalnız daşıyıcıdır və heç kimi xəstələndirmir. Eləcə xəstələnir və immunitet qazanaraq sağalır. Adi daşıyıcı da olur. O, orta hesabla 2-3 adamı xəstələndirir. 

Gəlib bizdən öyrənsinlər... Baş epidemioloq virusdan qorunmağın sadə yolunu açıqlayır
Amma bu məsələdə lider olanlar da var. Onlara super yayıcı deyirlər. Kimsə xəstəliyi işi və ya yaşadığı şəraitlə bağlı  yayır. Uşaqlar istənilən xəstəliyi asanlıqla yayırlar. Elə məhz bu səbəbdən böyük kütləvi epidemiya zamanı ilk növbədə uşaq bağçası və məktəbləri karantinə bağlamaq lazımdır.

Haradasa 32 milyon insanın həyatına son qoymuş QİÇS xəstəliyini isə daha çox seks xidmətini göstərən qadın və kişilər yayıb. Hazırda dünyada 40 milyon insan bu xəstəliyə tutulub. Sadəcə tibbin son uğurları və yaradılan dərman vasitələri hətta bu ölümcül xəstəliklə uzun müddət yaşamağa imkan verir.

Bəzən tibb müəssisələri belə epidemiyanın yayılmasında mühüm rol oynayırlar. Atipik pnevmoniya (Sars) pandemiyası dövründə bir çox insan məhz xəstəxanada bu xəstəliyə tutulubmuş. Super yayıcı olan insanları təyin etmək çox çətindir, amma belələri çox asanlıqla yüzlərlə insanı yoluxdura bilər.

Super yayıcılardan bəziləri hətta tarixə düşə də bilib. “Yatalaqlı Meri” ləqəbli, irland mənşəli aşpaz Meri Mellon (1869-1938)  özü də bilmədən çox böyük miqdarda insanı ABŞ-da qarın yatalağı xəstəliyinə yoluxdurubmuş. Onda xəstəliyin heç bir zahiri əlaməti olmadığından işinə davam edirmiş. Xəstəlik aşkarlandıqdan sonra o, uzun müddət insanlardan təcrid olunmuş yaşamalı olub.

Orqanizmin nə qədər limiti var, yaşayacaq

Çox hissiyyatlı insanlara bəzən xəstəliyinin adını da demirlər. Azərbaycanda olmuş hadisədir. Həmişə xərçəng xəstəliyinə tutulacağından qorxan bir qadın, uzun müddət əziyyət çəkdiyi digər xəstəlikdən müalicə alırmış. 

Acından öləcək - Virus dünyanın ən varlı üçüncü şəxsini də vurdu
On ilə yaxın özündə onkoloji xəstəliyin olduğunu belə bilməyib. Qorxusundan heç yoxlatdırmaq belə istəməyib. Bəlkə də bilsəydi, elə ilk kimya terapiyasından salamat çıxmazdı. Elə indi də bu xəstəliklə özünün xəbəri olmadan yaşayır. Yaşı çox olduğundan yaddaş da zəifləyib, insanları da tanımır, amma hələ də sağdır. Xəstəliklə birgə yaşayır. Müalicə aldığı digər xəstəliklə bağlı problemi də yoxdur. Bir sözlə, orqanizmin nə qədər limiti var, yaşayacaq.

Keçirdiyimiz hər bir qorxu, həyəcan və digər ağır stress vəziyyəti bəzən orqanizmə istənilən xəstəlikdən daha dəhşətli zərbə vura bilər. Bunu hər birimiz bilməliyik. Yaranan problemə sakit başla yanaşmaq, əlindən gələn hər bir işi görmək, daha sonra isə ümidini Allaha bağlamaq bir sıra hallarda olduqca effektli təsir göstərir. Xəstəlikdən qorxmaq elə xəstəliyə aparan yollardan biridir.