“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.
“Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”, - deyə E.Məmmədov bildirib.
Elxan Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz