BAKI, 25 fevral — Sputnik. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, fevralın 25-də diqqətlər İtaliya və İngiltərəyə yönələcək.
Londonda “Çelsi” və “Bavariya” qarşılaşacaq. Qrup mərhələsinin ən məhsuldar komandası olan qonaqlar Bundesliqada da uğursuz startdan sonra öz oyununu tapıb. Robert Levandovski və komandası bu duelin favoritidir. Çünki əsasən gənclərə güvənən Frenk Lempardın komandası enişli-yoxuşlu mövsüm keçirir.
İlk oyunlar çərçivəsindəki son iki matç fevralın 26-da baş tutacaq.
Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 17-18-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
25 fevral
00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)
Neapol. “San Paolo” stadionu
00:00. “Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
London. “Stemford Bric” stadionu.