İDMAN

Avropa Liqası start götürür

Azarkeşlər "CBC Sport" kanalı vasitəsi ilə 21:55-də "Sportinq" - "Başakşəhər", 00:00-da isə "Olimpiakos" - "Arsenal" oyununu izləyə biləcəklər
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" "Espanyol"u qəbul edəcək. 20 yaşlı hücumçunun adı Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilib. Britaniya mətbuatı Renatın bu görüşdə əsas komandada debüt edəcəyini yazıb. Azarkeşlər "CBC Sport" kanalı vasitəsi ilə 21:55-də "Sportinq" - "Başakşəhər", 00:00-da isə "Olimpiakos" - "Arsenal" oyununu izləyə biləcəklər. "İdman TV" kanalı isə 21:55-də "Hetafe" - "Ayaks" qarşılaşmasını canlı yayımlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri fevralın 27-də keçiriləcək.

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)

21:55. "Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

Millimizin ulduzu Avropa meydanında

21:55. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

21:55. ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

21:55. "Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

21:55. "Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

21:55. "Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə)

00:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

00:00. "Roma" (İtaliya) - "Gent" (Belçika)

00:00. "Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

24:00. "Alkmaar" (Hollandiya) - LASK (Avstriya)

00:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

00:00. APOEL (Kipr) - "Bazel" (İsveçrə)

00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Portu" (Portuqaliya)

00:00. "Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)