BAKI, 8 fevral — Sputnik. Tez-tez müşahidə olunan baş fırlanması hormonal xəstəliklərlə də əlaqədar ola bilər. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər bunun səbəbinin hormonal xəstəliklərlə əlaqəli ola biləcəyini irəli sürüblər.
Onların sözlərinə görə, tiroid vəzinin daha çox fəaliyyətdə olması isə əks təsirlərə səbəb ola bilir. Bunun əsas əlamətləri isə tərləmə, iştahın açılması, çəkinin azalması, əsəbilik, əlin titrəməsidir.
Alimlərin fikrincə, hipertiroid kişilərlə müqayisədə qadınlarda 10 qat daha çox müşahidə edilir.
Alimlər bildirirlər ki, hormonal xəstəliklərdən qaynaqlanan baş fırlanmasının əsas əlamətləri sırasında gözün qaralması, ayaqların sanki yerdən üzülməsidir. Bu kimi əlamətləri özündə müşahidə edən şəxslərə endokrinoloqa müraciət etmək tövsiyə edilir.