BAKI, 7 fevral — Sputnik. Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt sabah başa çatır.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Sabah isə "sükut günü"dür.