VİDEO

Avar Xəngəli – beləsini hələ görməmişdiniz

Azərbaycanda soyuq günləri gözləməyin ayrı bir ləzzəti var. Bir mətbəxin bu qədər xəmir xörəkləri olandan sonra soyuğu qarşılamağa nə var ki. Bu dəfə Sputnik Azərbaycan sizə avar xəngəlinin reseptini təqdim edir.
Sputnik

Azərbaycan mətbəxinin ən gözəl xüsusiyyətlərindən biri də hər bölgənin tamamilə özünə xas yeməklərinin olmasıdır. Adlar təkrarlana bilər, amma hazırlanma qaydası olduqca fərqli olur. Məsələn “xəngəl” deyəndə, ağlımıza daha çox “yarpaq xəngəl” gəlir, amma bu gün təqdim etdiyimiz avar xəngəlinin həm hazırlanma qaydası, həm görünüşü tamamilə başqadır.

Bu yeməyin bişməsi üçün bir sutkadan çox vaxt lazımdır

Resepti bizimlə Balakən rayonunun Meşəşambul kənd sakini Mədinə Çukayeva bölüşüb. Daha çox Dağıstan avarları arasında məşhur olan bu yeməyi Azərbaycanda nadir adam bişirə bilir.

Xəngəlin bu növü üçün fərqli xəmir yoğrulur. Məsələn, kəsmikdən ayrılan su (el arasında ona “arxana” deyilir və soda əlavə edilir, xəmiri isə incə deyil, qalın yayırlar. Bu cür xəngəlin yanına mütləq ayrıca kartof və ət bişirilir, ətin bulyonu isə stəkanda xəngəllə birlikdə servis edilir.

Avar xəngəlinin xəmiri kvadrat formasında kəsilir və əvvəlcədən qaynadılmış suya atılır. Mədinə xanım xəmirləri az-az atmağı tövsiyə edir, çünki qaynayandan sonra onun həcmi artır. 5-10 dəqiqə qaynadıqdan sonra buludlara çəkilir və ehmalca deşilir.

Bu yemək olduqca kalorili olduğuna görə isə süfrəyə mütləq tomatlı-sarımsaqlı sousla verilir.

Nuş olsun!