YAZARLAR

Suriyanın şimalı yenə od içində: bu kimə sərf edir?

Suriyanın şimalında yenidən aktiv hərbi əməliyyatlara başlanması bu ölkədə qalmaq üçün bəhanə axtaran ABŞ-a əl verir. Terror təhlükəsinə isə Suriya hökumətinin ordusu və müttəfiqləri – Rusiya, İran və Türkiyə sinə gərməkdə davam edirlər.
Sputnik

Aleksandr Xrolenko, hərbi şərhçi

Suriyanın şimalında yenidən aktiv hərbi əməliyyatlara başlanması bu ölkədə qalmaq üçün bəhanə axtaran ABŞ-a əl verir. Terror təhlükəsinə isə Suriya hökumətinin ordusu və müttəfiqləri – Rusiya, İran və Türkiyə sinə gərməkdə davam edirlər.

Suriya Moskvada Türkiyədən istədiyini dedi

Ağır silahlı döyüşçülər dünən iki dəfə hökumət qüvvələrinin İdlib vilayətindəki mövqelərinə basqın etsələr də, artilleriya atəşi ilə geri oturdulublar.

Suriyadakı operativ vəziyyət hələ də gərgindir, yanvarın 16-dan 20-dək İdlibdə 15 terror hücumu nəticəsində suriyalı hərbçilərdən 47-si ölüb, 77-si isə yaralanıb, dinc əhalidən isə ölənlərin sayı 51, yaralıların sayı 116-dır. Türkiyə mənbələrinin məlumatına görə, Suriya Ərəb Respublikasının (SƏR) hökumət qoşunlarının dəstəklənməsi üçün döyüş bölgəsinə İranın xüsusi təyinatlı "Qüds" (İİKK) dəstəsinin bölmələri göndərilib.

"Əl-Məsdər" nəşrinin məlumatına görə, Rusiyanın hərbi aviasiyası ilin əvvəlindən bəri ən güclü hücumu yanvarın 20-də gerçəkləşdirib: Suriyanın Hələb şəhərinin qərbində möhkəmlənən islamçı alyansın döyüşçülərinin mövqeləri bombalanıb. Bir gün əvvəl isə suriyalı döyüşçülər pilotsuz aparatlarla Latakiya əyalətindəki "Hmeymim" bazasına hücum etməyə cəhd göstəriblər. Rusiyanın sıradan hava hücumundan müdafiə sistemi bazaya heç bir ziyan dəymədən hədəfləri məhv edib.

Kimdir müqəssir?

Rusiyanın Müdafiə Nazirliyində hesab edirlər ki, İdlibdə vəziyyətin kəskinləşməsinə görə əsas məsuliyyəti sıralarında 20 minədək döyüşçünü birləşdirən "Hayat Təhrir əş-Şam" terrorçu qruplaşması daşıyır. Üstəlik bu cihadçılar eskalasiyanın yeni mərhələsini Qərbə ünvanlayır, köməyin artırılmasına ümid edirlər. Moskva müntəzəm olaraq Vaşinqtona regiondakı rolunu və yerini xatırladır. RF XİN başçısının müavini Sergey Ryabkov dünən bəyan edib ki: "ABŞ-ın hərbi mövcudluq nöqteyi-nəzərindən Suriyada gerçəkləşdirdiyi istənilən fəaliyyət qeyri-qanunidir". Ancaq Birləşmiş Ştatlar özünün SƏR-də qeyri-qanuni hərbi iştirakına dair mövqeyini dəyişmir. "Üsyançıların" permanent hərbi əməliyyatları ABŞ üçün özünün Suriya ərazisindəki qeyri-qanuni mövcudluğuna haqq qazandırmaq və ya onu uzatmaq üçün bəhanədir.

Ərdoğan Trampla danışdı – Suriya və Liviya məsələləri masaya qoyuldu

Suriya, Rusiya, İran və Türkiyənin Fəratın şərqindəki rayonlarda SƏR-in qanuni hakimiyyətini bərqərar etmək planlarını Qərb dağıtmaq arzusundadır. Axı orada amerikalılar zəngin neft yataqlarına nəzarət edirlər. Əgər çayın o tərəfində kürd və ərəblərin qanunsuz hərbi birləşmələrindən ibarət "canlı sipər" yoxa çıxsa, Suriya neftinə nəzarət yenidən Dəməşqin əlinə keçəcək. ABŞ-ın Yaxın Şərqdəki aqressiv siyasətinin avropalı və bölgədəki dəstəkçiləri dalana dirəndiklərinin fərqindədirlər. Amma yenə də, milli maraqlara rəğmən Vaşinqtonun əmri olmadan oyundan çıxa bilmirlər. Təkcə Ankara real suverenliyini sübut edə bildi.

Türkiyənin nəhəng informasiya agentliyi olan "Anadolu" yazır: "Hal-hazırda YPG/PKK-nın istila etdikləri Haseke, Rəkka və Deyr-əz-Zordakı 11 hərbi baza və postlarda amerika hərbi qüvvələri mövcuddur". ABŞ ordusu orada nə iş görür?

RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sergey Rudskoy bir müddət öncə bildirib: "Döyüşçülərin hazırlanması ilə yanaşı, Amerika strukturları Suriyada qanuni Suriya hökumətinə məxsus neft obyekt və yataqlarının yağmalanması ilə məşğuldur".

Qaçılmaz təmizlik

Suriya hökumət qüvvələri və müttəfiqləri yanvarın 17-də Hələb vilayətindəki cənub və qərb rayonlarına (İdlibin de-eskalasiya zonasına daxildir) nəzarəti ələ almaq üçün SƏR-in şimal-qərbindəki terrorçuları sıxışdırmağa başladılar. Üç sutkadan artıqdır ki, onlar bir-birlərinə minomyot və raket-artilleriya zərbələri ilə güc gəlməyə çalışırlar. Cəbhə xəttinə Hələb, Deyr-əz-Zor, Həma və Latakiyadan əlavə qüvvələr, artilleriya, zirehli texnika, eləcə də İranın xüsusi təyinatlı "Qüds" dəstələri cəlb edilib.

Əvvəl İraq, sonra Suriya, indi də... - Ankara növbəti bataqlığın astanasında

Gec, ya da tez ərəb respublikası qanunsuz hərbi birləşmələrdən və amerikalılardan tamamilə azad ediləcək. "Yeni Suriyanın tərkibində Qərbi Kürdüstan Muxtariyyəti" adlandırılan problem isə saxtadır. SƏR-in ərazi bütövlüyünün hesabına istənilən hər hansı kompromis tamamilə istisna olunur, bu – Dəməşq, Moskva, Tehran və Ankaranın ümumi və prinsipial mövqeyidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan etiraf edib ki, hətta Rusiya ilə Türkiyə arasında İdliblə bağlı bəzi fikir ayırılıqları belə, iki ölkənin strateji münasibətlərini korlaya bilməz. Mürəkkəb hərbi-siyasi şəraitdə İran qibtə olunacaq dərəcədə möhkəmlik nümayiş etdirir. ABŞ-ın və müttəfiqlərinin sərt təsirinə baxmayaraq, Suriya sülhə doğru irəliləyir – təkcə ötən sutka ərzində ölkəyə 900-dən çox qaçqın qayıdıb.