İDMAN

Valverde getdi - "Barselona"nın yeni baş məşqçisi rəsmiləşdi

"Barselona" İspaniya superkubokunun yarımfinalda "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Bundan dərhal sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.
Sputnik

BAKI, 14 yanvar — Sputnik. "Barselona"da baş məşqçisi dəyişikliyi rəsmiləşib.

Sputnik Azərbaycan klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb. Bu vəzifəyə Kike Setyen təyin edilib. Mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Valverde getdi - "Barselona"nın yeni baş məşqçisi rəsmiləşdi

Qeyd edək ki, Setyenin son iş yeri "Betis" klubu olub. O, daha əvvəl "Rasinq", "Las Palmas" kimi klubları və Ekvatorial Qvineya millisini çalışdırıb.

Xatırladaq ki, "Barselona" İspaniya superkubokunun yarımfinalda "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Bundan dərhal sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.