RUSİYA

Rusiya niyə Xəzər donanmasını gücləndirir

Son illər Xəzər donanması 18 yeni gəmi ilə təchiz olunub və bu gün bölgədə daha güclü hərbi-dəniz birləşməsidir. Keyfiyyət və kəmiyyət tərkibi Rusiyanın milli təhlükəsizliyinə olan təhlükələrə uyğundur və inkişaf etmiş baza infrastrukturuna malikdir
Sputnik

BAKI, 10 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Rusiyanın Cənub Hərbi dairəsinin Xəzər donanmasının gəmiləri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi plana uyğun döyüş hazırlığı tədbirləridir və eyni zamanda İran ətrafında gərginliyin artması fonunda regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi texnologiyasıdır.

Xəzər donanmasının zərbə raket artilleriya gəmiləri “Daqestan”, “Tatarstan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” yanvarın 10-da birinci kurs vəzifələrinin elementlərinin yetirilməsinə başlayıblar (gəmilərin açıq dənizdə müstəqil hərəkətləri nəzərdə tutulur). Ümumilikdə təlimlərə HDD-nin əməliyyat-strateji birləşməsinin 30-dan artıq gəmisi cəlb olunub. Heyətlər döyüşə hazırlıq, hava əleyhinə və təxribat əleyhinə müdafiə, gəminin sağ qalması uğrunda mübarizənin elementlərini sınaqdan keçirirlər.

Dünyanın ən güclü hərbi donanmaları açıqlandı – Siyahıda kimlər var

Hər bir kurs tapşırığı bir sıra xüsusi altvəzifə və hərbi tapşırıqdan ibarətdir. Əvvəlcə bazada, sonra dənizdə tək, daha sonra isə dənizdə taktiki qrupun tərkibində. Xəzər donanması ümumilikdə ardıcıl olaraq və sistemli şəkildə Rusiyanın və onun müttəfiqlərinin maraqlarını qoruyur, qlobal və regional səviyyələrdə hərbi yollarla sabitliyi möhkəmləndirir. 26 “Kalibr” qanadlı raketinin ilk tətbiqi (2015-ci ilin payızında Yaxın Şərqdəki terrorçularının mövqelərinə) 1500 km məsafədən məhz Xəzər donanmasının gəmiləri tərəfindən həyata keçirilib. Birləşmənin döyüş imkanları tezliklə xeyli artacaq, çünki “Kalibr-M” modifikasiyasının mənzili 4500 km-i keçəcək. Yeni qanadlı “Kalibr”lər ilk növbədə dənizdən qurudakı obyektləri vurmaq üçündür və nüvə başlıqları ilə təchiz oluna bilərlər.

Əsas hərbi güc

Son illər Xəzər donanması 18 yeni gəmi ilə təchiz olunub və bu gün bölgədə daha güclü hərbi-dəniz birləşməsidir. Keyfiyyət və kəmiyyət tərkibi Rusiyanın milli təhlükəsizliyinə olan təhlükələrə uyğundur və inkişaf etmiş baza infrastrukturuna malikdir. Zərbə qüvvəsinin əsasını raket gəmiləri təşkil edir.

Hərbi-siyasi vəziyyətə uyğun olaraq, 2018-ci ilin yazında Xəzər donanmasının əsas qüvvələri Həştərxandan Kaspiyskə, 400 kim cənuba dislokasiya edildilər. Birləşmənin yeni əsas bazasında sürətlə sahil bölmələri (ayrıca 177 dəniz piyadası alayı yaradılıb), müasir silahlar, material-texniki obyektlər, hərbçilər üçün mənzillər artır. 

Çoxillik perspektivləri də görmək mümkündür. “Bal” və “Bastion” sahil raket əleyhinə kompleksləri Xəzər dənizi akvatoriyasında və sahildə xüsusi qorunan rayonlar yaratmağa imkan verəcək. С-400 “Triumf” zenit raket kompleksləri 500 kilometr radiusda məkanı HƏM-RƏM günbəzi ilə örtəcək. Xəzər donanması artıq bu gün döyüş texnikasının tətbiqinin yeni üsullarını mənimsəyir, klassik dəniz döyüşlərindən qitələrarası “güc nümayişi”nə, ehtimal olunan düşmənin dənizdə, quruda və havada məsafədən, minlərlə kilometr aralıdan qarşısının alınmasına keçir.

Rusiya donanmasına yanacaq daşıyan tanker həbs edildi

Konstruktiv əməkdaşlıq

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, ABŞ və İran arasındakı qarşıdurmanın yenidən alovlanması üçün mövcud olan şərtlər heç yerə yoxa çıxmayıblar.

Hadisələrin mümkün inkişaf ssenariləri birbaşa Rusiya Federasiyası və onun müttəfiqlərinin maraqlarına toxunur. Əməliyyat məkanını genişləndirərək və Xəzər donanmasının gücünü artıraraq, Rusiya bütün strateji Mərkəzi Asiya istiqamətində sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Donanmanın gəmiləri Azərbaycan, Qazaxıstan və İranla birgə hərbi-dəniz təlimlərdə iştirak edirlər.

Xəzəryanı dövlətlər ümumi təhlükəsizlik maraqlarını birləşdirirlər. İran və Rusiya 2015-ci ildən Xəzər dənizində raketlərin istifadəsi ilə bir neçə birgə təlim keçiriblər (İranın Joshan və Peykan raket gəmiləri, həmçinin Damavand eskadra mina gəmisi buradadırlar). İslam Respublikasının HDQ-nin komandanı kontr-admiral Hüseyn Xanzadinin fikrincə, iki ölkənin hərbi-dəniz əməkdaşlığı “xeyli dərinləşib”. Rusiya və İran gəmilərinin Xəzər dənizində qarşılıqlı səfərləri mütəmadi xarakter daşıyır.

Xəzər donanmasının zərbə qrupları qüvvələrini Yaxın Şərqə keçirmək iqtidarındadırlar. Müdafiə potensialının daimi və ciddi şəkildə artırılması, Rusiya sərhədləri boyunca perimetrin möhkəmləndirilməsi artıq zamanın tələbi yox, ultimatumudur.

İranın hərbi-dəniz qüvvələrinin Fars körfəzi və Hörmüz boğazında dəfələrlə çox olmasına baxmayaraq, Tehran Xəzər sahilinə daha yaxındır (məsafə 300 km-dən azdır). Xəzəryanı bölgə İslam Respublikasının vacib xarici siyasət istiqamətidir. Rusiya və İranın mehriban qonşuluğu və hərbi əməkdaşlığı sülhün etibarlı və qurucu alətidir, bu, Suriyada sübut olunub.