İDMAN

Vaqner da Silva: "Azərbaycanı az adam tanıyır, amma..."

"Qarabağ"dakı karyerama böyük sürprizlə başladım. Gəldim və artıq dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim.
Sputnik

BAKI, 9 yanvar — Sputnik. "Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva ölkəsinin mətbuatına açıqlama verib.

Tanınmış futbolçumuzdan azarkeşlərə maraqlı müraciət

Sputnik Azərbaycan xəbər verir ki, 33 yaşlı qolkiper Ağdam klubuna tam uyğunlaşdığını deyib: "Uyğunlaşmaq çətin olmadı. Beynimdə həmişə mədəniyyətləri dəyişə, adətlərə uyğunlaşa bilməyəcəyim fikri var idi. Həyat yoldaşım və qızım Azərbaycanı çox sevirlər. Çox yaxşı təşkilatlanmış klubda çıxış edirəm. İnsanlar düzgündürlər və komandanın fantastik heyəti var".

Vaqner de Silva Bakı haqda müsbət fikirlər səsləndirib: "Bakı gözəl şəhərdir. Ölkəni az adam tanıyır, amma dünyanın ən təhlükəsiz yerlərindən biridir. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər".

O, "Qarabağ"dakı debütünü də xatırladıb: "Qarabağ"dakı karyerama böyük sürprizlə başladım. Gəldim və artıq dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum istənilən halda Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım".

Qeyd edək ki, Vaqner da Silvanın "Qarabağ"la müqaviləsi bu ilin iyun ayına qədərdir. Onun transfer qiyməti 400 min avrodur.