İDMAN

Bir il ən bahalı azərbaycanlı oldu, indi isə yiyə duran yoxdur

2017-2018-ci il mövsümündə “Qarabağ”ın heyətində çıxış edən forvard ona olan ümidləri doğrultmayıb. Elə Moskva “Dinamo”sunda da futbolçu, demək olar ki, mövsümü ehtiyat oyunçular skamyasında keçirib
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Moskva "Dinamo"su heyətində saxlamaq istəmədiyi Ramil Şeydayevi başqa klub tapması üçün məlumatlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, 23 yaşlı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı var. Yerli mətbuatda onun danışıqlar aparmaq üçün Bakıya gəldiyi haqda məlumatlar yayılıb. Şeydayevi öz heyətinə qatmaq üçün "Neftçi"nin maraqlı olduğu iddia edilir. Bununla bağlı "Neftçi" futbol klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. O, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söylədi:

"Bu söhbətlərin haradan yarandığını bilmirəm. Amma məlumat üçün bildirim ki, Ramil Şeydayev və klub arasında heç bir danışıq aparılmayıb".

"Klubun qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi və danışıqlar apardığı hər hansı futbolçu varmı?" sualına klub sözçüsü: "Hələ ki, konkret danışıq apardığımız futbolçu yoxdur", - cavabını verdi.

Almeyda rəsmən təsdiqlədi – “Qarabağ”dan ayrılıb

2017-2018-ci il mövsümündə “Qarabağ”ın heyətində çıxış edən forvard ona olan ümidləri doğrultmayıb. Elə Moskva “Dinamo”sunda da futbolçu, demək olar ki, mövsümü ehtiyat oyunçular skamyasında keçirib.

Görünən odur ki, vaxtilə Azərbaycanın ən bahalı futbolçusu özünə klub tapa bilmir. Ümumiyyətlə, son bir ildə 23 yaşlı hücumçu karyerasının uğursuz dövrünü keçirir.

Qeyd edək ki, milli komandamızın da üzvü olan Ramil Şeydayevin Moskva təmsilçisi ilə müqaviləsi ilin sonuna qədərdir. Onun hazırda tansfer qiyməti oktyabr ayı ilə müqayisədə 300 min avro düşərək 900 min avro təşkil edir.