İDMAN

Almeyda rəsmən təsdiqlədi – “Qarabağ”dan ayrılıb

Gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibə verib.

Sputnik Azərbaycan apasport.az-a istinadla xəbər verir ki, gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb.

- “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...

- Bəli, belədir.

- İcarədən “Astana”ya qayıdırsınız?

- Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.

- Bu nə vaxt baş verib?

- 3-4 ay əvvəl.

- Özünüzə yeni klub tapmısınız?

- Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm.

- Bu siyahıda Qazaxıstan klubu var?

- Hələ ki, yoxdur. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.