BAKI, 23 dekabr — Sputnik. FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib. O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: "Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub. Eyni zamanda "Seltik" və "Reyncers" klubları da bir neçə dəfə İngiltərə premyerasında çıxış etmək istəyini dilə gətirib.
Qeyd edək ki, FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.