CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kurort şəhərindən Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

Moskvaya uçan təyyarə təcili eniş izni istəyib və onu uğurla həyata keçirib. Hadisə nəticəsində heç kimə zərər dəyməyib
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Rusiya aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib. Bu barədə Sputnik Azərbaycan-a hava limanın mətbuat xidmətindən məlumat verilib.

AZAL-ın təyyarəsində problem yarandı, uçuş 12 saat ləngidi

"Qoa – Moskva reysini həyata keçirən "Azur Air" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş izni istəyib və yerli vaxtla saat 11:05-də uğurlu eniş edib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bütün sərnişinlər hazırda hava limanındadır, onlara qida və içkilər təqdim ediləcək: "Əldə olunan məlumata görə, sərnişinləri aparmaq üçün başqa təyyarə Bakıya göndəriləcək. Hadisə nəticəsində heç kim xəsarət almayıb".

İlkin məlumatlara görə reysi həyata keçirən təyyarədə bir neçə generator işləməyib.