Telman İsmayılovun mülklərini almaq istəyənlərin nəzərinə

Üçüncü lota Moskvaətrafı vilayətinin Naro-Fominsk rayonunda, Aprelevka şəhərində sahəsi 5 hektar olan 3 torpaq sahəsi daxildir.
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Moskva Arbitraj Məhkəməsi Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun evlərinin, mənzillərinin, torpaq sahələrinin və digər mülklərinin satılması ardıcıllığını təsdiqləyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

İsmayılovun maliyyə meneceri Valeri Kubelun bazar dəyəri ümumilikdə 404 milyon rubl olan mülk satışa çıxarılıb. Bu mülklər kreditorlarla hesablaşmaların aparılması üçün 4 lot üzrə açıq auksionda satılacaq.

Azərbaycanda şəxsi biznes: tez və sadə

Birinci lota Moskvanın Kutuzov Prospektində ümumi yaşayış sahəsi təxminən 300 kvadratmetr olan iki yaşayış yeri – 5 və 6 otaqlı mənzil daxildir. Lotun başlanğıc qiyməti 88 milyon rubldan çoxdur.

İkinci lota Moskva vilayətinin Odintsovsk rayonunun Zaraçiye qəsəbəsində yerləşən və ümumi sahəsi 349 kvadratmetr olan ikimərtəbəli mənzil daxildir. Lotun başlanğıc qiyməti 64 milyon rubldan çoxdur.

Üçüncü lota Moskvaətrafı vilayətinin Naro-Fominsk rayonunda, Aprelevka şəhərində sahəsi 5 hektar olan 3 torpaq sahəsi daxildir. Bu torpaq sahələrində ümumi sahəsi təxminən 2 kvadratmetr olan iki kottec, qaz kəməri və təsərrüfat obyektləri daxildir. Bu lotun başlanğıc qiyməti 201 milyon rubldan çoxdur.

Sonuncu dördüncü lota isə Moskva vilayətinin Skolovka kəndində ümumi sahəsi təxminən 2,5 hektar olan yaşayış sahəsi daxildir. Belə ki, bu sahədə infrastruktur sahələrinin olduğu qolf meydança tikilməli idi.

Məşhur biznesmen Ukraynanı Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb

Xatırladaq ki, məhkəmə daha əvvəl Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovun həbsdə saxlanma müddətini 21 sentyabra qədər uzatmışdı. O da müğənni Avraam Russonun oğurlanmasında təqsirli bilinir. Mərdanov özünü günahkar bilməyib: "Mən cinayət törətməmişəm, etiraz edirəm. Hadisənin üstündən 14 il keçib və adam "ayılıb". Nə baş verir?"

İstintaq məlumatlarına görə, müğənni Avraam Russonun 2004-cü ildə oğurlanmasında Qusakov da daxil olmaqla 7 nəfər iştirak edib.

İddialara görə, oğurlanmanın sifarişçisi Telman İsmayılov özü də ola bilər. Guya ki, İsmayılovun məqsədi müğənninin konsertlərini təxirə salmaq və onu iş adamı ilə müqavilə bağlamağa məcbur etmək olub.

Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək, iki ay müddətinə həbs edib.