CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağzımız heç şirin olmasın - Necə edək ki, şirniyyat bizi zəhərləməsin?

Anlaşılan budur ki, müvafiq qurumlarda və insanlarda "vicdan" anlayışı olmayınca, insanlara zəhər yedirəcəklər.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Bəzi mağazalarda son istifadə müddəti dəyişdirilmiş ərzaq məhsulları satılır. Bu məhsulların istifadəyə yararlılıq tarixi dəyişdirilərək, yenidən istehlakçılara təqdim edilir. Bunu Sputnik Azərbaycan-a həm dükanda işləyənlər, həm də mağazalara şirkətlərin mallarını çatdıran ekspeditorlar təsdiqləyiblər.

Azərbaycan kulinariyası bu gün: biz düzgün qidalanırıq

Mütəxəssislərin fikrincə isə, mağazalarda yeşiklərdə açıq şəkildə satılan konfet və peçenyelər vaxtı keçmiş məhsullardır. Belə ki, bu məhsullar mağazalardan geri qaytarıldıqdan sonra yenidən başqa qablaşdırmada mağazalara verilir.

Bu isə istehlakçı hüquqlarını pozmaqla yanaşı, sağlamlıq üçün də təhlükəlidir.

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, "Yeyinti məhsullarının təhlükəsizliyi haqqında" qanun deyil, Lomonosovun "maddənin itməsi haqqında" qanunu işləyir. Yəni, maddə itmir, bir haldan başqa hala keçir: "Belə ki, vaxtı keçmiş mallar satışdan çıxarılır və satıcıya təhvil verilir. Satıcı isə həmin məhsulu aparıb məhv etmir. Distribüterə qaytarır. Distribüter isə həmin məhsulu aparıb, tarixini dəyişir. Qutunun içindədirsə, onu çıxarıb tökür yeşiyə, peçenyedirsə, onu çıxarıb kağıza bükür və yenidən satışa verir".

E. Hüseynov qeyd edir ki, Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, Azərbaycanda satılan bütün əmtəə malları qablaşdırılmalıdır.

Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı

"Onun üzərində buraxılış tarixi və son istifadə tarixi, buraxan firmanın adı, ünvanı qeyd edilməlidir. Bu gün supermarketlərdə satılan konfetlər yeşiklərə tökülüb. Bunlar hamııs vaxtı keçmiş məhsullardır"-deyə o əlavə edib.

Ekspert əlavə edib ki, "Azad İstehlakçılar"Birliyi dəfələrlə təklif edib ki, malların vaxtı keçirsə, o disitribüterə qaytarılmamalıdır: "Bir MMC yaradılmalı və bu qurum müvafiq dövlət orqanlarının arxasınca kölgə kimi gəzməli, vaxtı keçmiş məhsul olduğu zaman yığıb zibilxanaya atmalı və belə məhsulların ictimai məhv etməsi həyata keçirilməlidir. Bu günə kimi cəmi iki ictimai məhv etmə görmüşəm Qalan məhsullar isə forması, qablaşdırılması dəyişdirilərək istehlakçının boğazına tıxanır. Və bizim keyfiyyətsiz, vaxtı keçmiş məhsulları yeməyimiz apteklərdə olan növbələrlə özünü bir daha göstərir".

E. Hüseynov vurğulayıb ki, o Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşəcək və bu barədə təkliflərini irəli sürəcək: "Bütün vaxtı keçmiş məhsullar məhv edilməlidir. Hazırda bir çox mağazalarda istehlakçılar aldadılır. Məhsulların son istifadə tarixi silinir, yenidən yazılır və ya üzərinə yenisi yapışdırılır. Buraxılma tarixi qoparılıb. Yapışdırlan oldusa, belə məhsulu almaq lazım deyil. Məhsulun son istifadə tarixi onun qapağına yazılıbsa, qapağı dəyişdirmək mümkündürsə, belə malı almaqdan imtina etmək lazımdır. Məsələn konserv məhsullarının dəmir qbalaar qablaşdırılır və onların yararlılıq müddəti məhsuklun altına basma üsulla yazılır. Yəni dəmirin özünə yazılır, tuşla yazılmır. Belə hallarda istehlakçılr diqqətli olmalı, yararlılıq müddətinə şübhə etdikləri məhsulları almamalıdırlar. Hansı məhsulların istehsal tarixini dəyişdirmək mümükün deyilsə, yəni bunu istehlakçı baxara da görə bilər, həmin məhsulu alsınlar".

Vaxtı keçmiş məhsulların etiketi dəyişdirilib, yenidən satılır - Eyyub Hüseynov danışır

Həkim-terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşlar ərzaq məhsulları alarkən, saxlanma müddətinə diqqət yetirməlidirlər: " Dəfələrlə KİV-də bu barədə məlumatlar yayılıb. Bəzi böyük marketlərdə məhsulların son istifadə tarixini dəyişən xüsusi əməkdaşlar olur. Məhsulu alıb evə gətirdiyiniz zaman onun qoxusu, görüntüsü xoşunuza gəlmirsə, həmin məhsullardan istifadə etməyin. Ərzaq məhsullarının saxlanma müddəti 1 il olsa belə istehlakçı həmin məhsulun keyfiyyəti, saxlanma şəraiti və hazırlanma şəraiti haqqında məlumata malik deyilsə, ondan sitifadə etməməlidir. Daha çox təbii məhsullara üstünlük vermək lazımdır".

Həkim bildirir ki, sağlam yaşamaq üçün daha çox evdə hazırlanan məhsullara üstünlük vermək lazımdır.

Qeyd: Təəssüf ki, AQTAya bu məsələ ilə bağlı göndərdiyimiz sorğuya vaxtında cavab ala bilmədik.