Azərbaycan mətbəxi ölkə xalqlarının ən yaxşı keyfiyyətlərini və ənənələrini özündə toplayıb. Bu səbəbdən də Azərbaycan mətbəxi Ön Asiya və Qafqazda ən dadlı mətbəxlərdən biri sayılır.
Buna baxmayaraq, son illərdə çoxumuz asan hazırlanan adi yeməklərdən, fəst-fudlardan, yarımfabrikatlardan istifadə etməyi üstün tuturuq. Belə qidalanma isə əksər hallarda acınacaqlı nəticələrə gətirib çıxarır.
Azərbaycan mətbəxinin zəngin ənənələrindən istifadə etməklə bu nəticələrdən necə qaçmaq, necə düzgün və dadlı qidalanmaq olar? Bu məsələlərə 10 dekabr saat 11:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov aydınlıq gətirəcək.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.