İDMAN

İdman şərhçisi: “İdmançılarımız lisenziyaların sayını artıracaq”

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, Tokio olimpiyadasına 40 lisenziya ilə yollana bilsək, bu münasib nəticədir
Sputnik

Azərbaycan idmançıları indiyədək “Tokio 2020” Yay Olimpiya Oyunlarına 10 lisenziya qazanıblar.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, əvvəlki illərlə müqayisədə lisenziyalarımızın sayı azdır: “Amma düşünürəm ki, lisenziyalarımızn sayı artacaq. Xüsusən də güləş, cüdo, boks və digər idman növlərində qazanılacaq lisenziyalara böyük ümidlər var. Yarışın başlamasına qədər daha 25-27 lisenziya qaza bilərik. Tokio olimpiyadasına 40 lisenziya ilə yollana bilsək, bu münasib nəticədir”.

Qeyd edək ki, “Rio 2016” Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatılan Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc medala sahib olub.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz