Türkiyənin 44 vilayətində eyni zamanda böyük əməliyyat başlayıb

Hazırda 101 hərbçinin həbs edildiyi bildirilir. Digər hərbçilərinin saxlanılması istiqamətində tədbirlər görülür
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Türkiyənin İzmir şəhər prokurorluğu FETÖ terror təşkilatına qarşı əməliyyatlar çərçivəsində 133 hərbçinin saxlanılması barədə qərar verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyədə böyük əməliyyat, 200-dən çox əsgər saxlanıldı

Məlumata əsasən, hərbçilərin həbs edilməsinə dair Türkiyənin 44 vilayətində eyni zamanda əməliyyat keçirib. Şübhəli bilinən 133 hərbçidən 82-si hazırda ordu sıralarında xidmət edir.

Hazırda 101 hərbçinin həbs edildiyi bildirilir. Digər hərbçilərin saxlanılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi çevrilişə cəhd edib. İstanbul və Ankarada baş verən toqquşmalar zamanı 250 nəfər ölüb, 2 mindən çox şəxs yaralanıb.