RUSİYA

Həmyaşıdlar arasında mübahisə ölümə səbəb oldu

Tikinti kollecində təhsil alan tələbə mübahisə nəticəsində həmyaşıdlarını ov tüfəngi ilə atəşə tutub, axırda da öz canına qəsd edib.
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində tikinti kollecində baş verən atışma nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsi verib.

Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Bu gün səhər saatlarında şəhərin Şevçenko və Krasnoarmeysk küçələrində keşik çəkən Rusiya Dövlət Avtomobil Müəfttişliyinin Yol Patrul Xidmətinə bir cavan oğlan qaçaraq xəbər verib ki, yaxınlıqdakı kollecdə naməlum şəxs atəş açıb.

Hadisə yerinə gələn polis ikinci mərtəbədə vir cavanın silahlı olduğunu görüb. O, bir neçə dəfə polislərin olduğu istiqamətə atəş açıb və cavab atəşi alıb. Auditoriyalardan birinin qapısı polisin köməyilə qorunub və bu zaman Daxili İşlər Nazirliyinin əməkdaşları kollecin tələbə və müəllimlərinin çıxmasını təmin ediblər.

"Hadisə yerində iki cavanın meyiti tapılıb, onlardan biri atəş açan şəxsə məxsusdur", - polisdən bildirilib.

Atışmanı törədən şəxs intihar edib. Polislər arasında xəsarət alan olmayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, atəşi kollecin 19 yaşlı tələbəsi öz adında qeydiyyatda olan ov tüfəngi ilə açıb. Öldürülən ikinci şəxs onun yaşıdıdır. Bundan başqa 17, 19 və 20 yaşlı üç gənc yaralanıb. Onlar hazırda çoxsaylı güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər, birinin üzərində əməliyyat aparılıb, vəziyyəti ağırdır.

Qətl günü rastına çıxan ilk maşına oturub Bakıya uçmaq üçün hava limanına tələsən adam

Faktla bağlı "İki nəfərin xuliqanlıq zəminində öldürülməsi" maddəsi ilə cinayət işi açılıb.

Şəhər meriyası təhsil müəssisələri ərazisində təhlükəsizliyin təmin edilməsi tədbirlərinin görülməsi məqsədilə təcili komissiyanın iclasını çağırıb. Hadisə yerinə Blaqoveşensk administrasiyasının nümayəndələri gəlib.

Vilayətin qubernatoru Vasili Orlov atəş açan şəxsin bir nəfər olduğunu bildirib. O, ölənlərin doğmalarına başsağlığı verib və zərərçəkənlərə hər cür zəruri köməkliyin göstəriləcəyini deyib.

İlkin məlumatlara görə, silahlı münaqişəyə səbəb həmyaşıdlar arasında yaranmış mübahisə olub. Bu barədə informasiyanı tikinti kollecinin qonşuluğunda yerləşən aqrar kollecin tələbəsi bölüşüb. Birinci kurs tələbəsi Kirillin sözlərinə görə, atəş açan tələbə digər tələbə yoldaşlarının təhqirlərinə məruz qalıb.

"Qrupda onu alçaldıblar, nalayiq sözlərlə təhqir ediblər. O, atəş açmağa küçədə başlayıb", - deyə atəş açan şəxslə tanışlığı olan tələbə agentliyə bildirib.

Sifarişli qətl: İnquşetiyanın ekstremizmlə mübarizə mərkəzinin rəhbəri öldürüldü – VİDEO

O əlavə edib ki, atəş açılmağa başlayandan qonşu binadakı aqrar kollecin tələbələri evakuasiya edilib.

Son illərdə tələbələrin öz həmyaşıdlarına və pedaqoqlara silahla atəş açması halları artıb. 2018-ci ildə Rusiyada bu qəbildən olan insidentlər Perm, Sterlitamak, Ulan-Ude, Volsk və Saratov şəhərlərində baş verib. Bunların içində ən çoxsaylı qurban Kerçdə baş verən silahlı hücum zamanı qeydə alınıb. Bir il əvvəl dördüncü kurs tələbəsi Vladislav Roslyakov ətrafdakılara atəş açıb və bomba partladıb. Nəticədə 21 nəfər ölüb, 67 nəfər yaralanıb.

https://ria.ru/20191114/1560910112.html