CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə universiteti soydular

Araşdırmalar zamanı məlum olub ki, 15 ədəd kompüter və bir ədəd "WiFi" cihazı oğurlanıb. Üç nəfər saxlanılıb
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Süni mayalanma” tədris mərkəzində  oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Bakıda brilyant oğruları ələ keçdilər: ləl-cəvahirat lap əl altında imiş

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, 15 ədəd kompüter və bir ədəd "WiFi" cihazı oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri  X. Əhmədov, İ.Məmmədov və Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.