İDMAN

Lənkəran taekvondoçuları beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər

Azərbaycan taeokvondoçuları ümumilikdə 1-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 8 medal qazanıblar.
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr - Sputnik. Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin taekvondoçuları Rusiya Federasiyasında keçirilən Beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin Respublikanın Əməkdar məşqçisi Vüqar Sultanovdan əldə etdiyi məlumata əsasən, 25-28 oktyabr tarixlərində Rusiyanın Tolyatti şəhərində “Nepobedimaya Derjava” V Beynəlxalq Döyüş növləri Spartakiadası çərçivəsində keçirilən Beynəlxalq Taekvondo üzrə yarışda Azərbaycanı təkcə Lənkəran taekvondoçuları təmsil ediblər.

Lənkəran taekvondoçuları beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər

Turnirdə  minə yaxın idmançı iştirak edirdi. Taeokvondoçularımız ümumilikdə 1-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 8 medal qazanıblar. Yarışda 27 kiloqram çəki dərəcəsində Əli Əliyev 1-ci, 51 kiloqram çəki dərəcəsində Yusif Qurbanov 2-ci, 48 kiloqram çəki dərəcəsində  Əli Tağızadə 2-ci, 45 kiloqram çəki dərəcəsində Taleh Həbibli 2-ci, 30 kiloqram çəki dərəcəsində Ümid Rəhimzadə 3-cü, 57 kiloqram çəki dərəcəsində Yusif Abbasəlizadə 3-cü, 49 kiloqram çəki dərəcəsində Fərid Əliyev 3-cü, 44 kiloqram çəki dərəcəsində Suzanna Babazadə 3-cü yerə çıxıblar.

Lənkəran taekvondoçuları beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər

Məlumat üçün bildirək ki, idmançılarımız turnirə əməkdar məşqçi Vüqar Sultanov və Lənkəran UGİŞM-in məşqçisi İmran Əliyevin başçılığı altında yollanıblar.